Musiqili Teatrın Milli Qurtuluş Günü münasibətilə hazırladığı musiqili kompozisiya maraqla qarşılanıb
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Milli Qurtuluş Günü münasibətilə ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş musiqili kompozisiyanı sosial şəbəkə izləyicilərinə təqdim edib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənət ocağının baş dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin rəhbərliyi və dirijorluğu ilə “Nəsillər” (“Generations”) estrada qrupunun üzvləri, teatrın gənc və istedadlı solistləri - Aydan Həsənova, Hidayət Əliyev, Emin Zeynallı sözləri Baba Vəziroğlu, musiqisi Kamalın “Sən elə bir zirvəsən” əsərini ifa ediblər.
Qeyd edək ki, yeni yaradılan estrada qrupunun ilk çıxışında gənc solistləri orkestrin üzvləri - Murad Kərimov və Dərya İsmayılov, Nigar Həsənli, Rəsul Lətifzadə, Atabəy İsmayılov və Ramin Musayev müşayiət ediblər.
Kompozisiya sosial şəbəkə izləyiciləri tərəfindən rəğbətlə qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:16]
Natəvan poeziyasının bədii çalarları
- 08.10.2026 [17:16]
“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub
- 08.10.2026 [17:13]
Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”
- 08.10.2026 [16:46]
“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr
- 08.10.2026 [14:45]
“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalının qonağı Canq Ci ilə MÜSAHİBƏ
- 08.10.2026 [14:04]
“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat
- 08.10.2026 [12:20]
Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO
- 08.10.2026 [12:05]