Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müstəqillik Günümüzə yeni rəng və məna qatmış tədbir - ŞƏRH

Müstəqillik Günümüzə yeni rəng və məna qatmış tədbir -  ŞƏRH

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mayın 28-də Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirildi. Konsert proqramından öncə ölkələrin rəhbərləri tədbir iştirakçılarının qarşısında çıxış edərək olduqca mühüm mesajlar səsləndirdilər. Heç şübhəsiz ki, səsləndirilmiş mesajların beynəlxalq konteksti dünyanın aparıcı mətbu orqanlarının səhifələrində hələ çox müzakirə və şərh olunacaq. Ən azından ona görə ki, bütün mesajlar dünyada sülhə və ölkələr arasında ədalətli münasibətlərə çağırış motivli idi. Ancaq mövcud yazıda oxucuların diqqətini bilavasitə daxili məsələyə aid olan maraqlı bir mövzuya cəlb etmək istərdik. Belə ki, dünyanın və ilk növbədə bütün maraqlı ölkələrin diqqəti sözügedən tədbirə yönəldiyi zaman Prezident İlham Əliyev bu cür unikal və mühüm platformadan istifadə edərək öz çıxışında belə bir fikri xüsusi olaraq vurğuladı: “Bununla bərabər, biz vətənpərvərlik ruhunda, xalqa, torpağa bağlı yeni gənc nəsli yetişdirərək Qələbəmizi şərtləndirdik.” Əslində, bu fikirlə dövlətimizin başçısı “vətənpərvərliyi” ideoloji fəaliyyətinin mütləq prioriteti kimi müəyyən etmiş olur.

Bu fikirlər politoloq Asif Adilin “Müstəqillik Günümüzə yeni rəng və məna qatmış tədbir” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Məlumdur ki, vətənpərvərlik ruhu yalnız həmrəylik mühiti yaşanan cəmiyyətlərdə inkişaf edə bilər. Çünki həmrəyliyin əks tərəfi ixtilaf, düşmənçilik və cəmiyyətin ideoloji parçalanmasıdır. Əlbəttə ki, qarşılıqlı şübhə və düşmənçilik olan yerdə əhalinin, xüsusilə də gənclərin ictimai təfəkküründə heç zaman səmimi vətənpərvərlik hissi formalaşa bilməz. Məhz bu cür xoşa gəlməz tendensiyalarının qarşısını almaq məqsədilə Prezident İlham Əliyev dövlət siyasətində milli həmrəyliyə hər zaman xüsusi yer ayırır. Prezidentin “Biz birlikdə güclüyük” ifadəsi isə artıq çoxdandır ki, dillər əzbəri olub.

Bəli, cəmiyyətdə vətənpərvərlik hissinin yaşanmasını şərtləndirən əsas amillərdən biri məhz milli həmrəylik və birlikdir. Onu da bilirik ki, “həmrəylik” məfhumu ilk növbədə ideoloji amildir. Hər hansı bir ideologiyanın konkret cəmiyyətdə üstünlük təşkil etməsində isə siyasi institutların və fikir sahiblərinin rolu danılmazdır. Qeyd olunanlar müstəvisində Prezident İlham Əliyevin dialoq siyasətinin daha bir pozitiv təzahür forması üzə çıxmış olur. Dövlətimizin başçısının təşəbbüsü ilə ölkəmizdə fəal şəkildə təşviq olunan dialoq mühiti, eyni zamanda, cəmiyyətdə mövcud olan bütün potensialların səfərbər olunmasına xidmət edir.

Beləliklə, siyasi dialoqda aktiv şəkildə iştirak edən siyasi partiyalar öz fəaliyyətləri ilə cəmiyyətimizdə yaşanan milli həmrəyliyi də qorumuş olur. Şübhəsiz ki, cəmiyyətin vahidliyini təmin edən və bu istiqamətdə arzuolunmaz tendensiyaların qarşısını alan əsas siyasi institutlardan biri məhz siyasi partiyalardır. Bu mənada çox sevindirici haldır ki, Laçında dövlətimizin başçılarının iştirakı ilə keçirilmiş sözügedən tədbirdən cəmi bir ay öncə, daha dəqiq desək aprelin 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə siyasi partiya sədrlərinin də Laçına birgə səfəri təşkil olunub. Xatırladaq ki, siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasına xidmət edən siyasi partiya rəhbərlərinin birgə səfərləri daha öncə Ağdam, Şuşa, Zəngilan, Xocalı, Əsgəran, Xankəndi və Laçına olub. Tərəddüd etmədən deyə bilərik ki, qeyd olunan təcrübə həm vətəndaş həmrəyliyin dərinləşməsinə, həm Azərbaycanda demokratik siyasi mədəniyyətin formalaşmasına xidmət edir.

Bir neçə dövlətimizin başçısının iştirakı ilə keçirilmiş tədbir ilə eyni məkanda cəmi bir ay öncə ölkənin bütün siyasi partiyalarının birgə toplanması yalnız yaşanan həmrəylik mühiti və sağlam siyasi dialoqun təzahürü kimi dəyərləndirilməlidir. Qeyd olunan danılmaz fakt bütün vətənsevərləri sevindirə bilər, xain qüvvələri isə narahat edər. Siyasi dialoq mühiti milli birliyin funksional və ideoloji bünövrəsidir. Siyasi partiya rəhbərləri üçün işğaldan azad olunmuş ərazilərə birgə səfərlərin təşkili təcrübəsi konkret məsələlərin müzakirəsi üçün işgüzar mühit yaratmaqla tərəflər arasında etibarlı münasibətləri təşviq edir. Etibarlı münasibətlər isə həmrəyli təmin etmək iqtidarında olan daha bir önəmli ideoloji amildir. Bu mənada vacib məqamlardan biri də odur ki, məhz siyasi dialoq mühiti sayəsində vaxtilə bir-biri ilə düşmənçilik edən siyasi partiyalar bu gün bir masa ətrafında yığışır, onları düşündürən məsələləri müzakirə edirlər. Dolayısilə siyasi dialoq cəmiyyəti vahid məqsəd naminə birləşdirir və cəmiyyəti müxtəlif süni xarakterli streslərdən qoruyur. Əlbəttə, bundan qazanan Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti və onun vətəndaşıdır.

Prezident İlham Əliyev yuxarıda qeyd olunan tədbirdəki çıxışında bildirmişdir: “Artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq”. Azərbaycanın davamlı inkişafını arzu edən hər bir məsuliyyətli vətəndaş həmrəylik mühitinin qorunmasına öz töhfəsini verməli və əldə olunmuş tarixi uğurları müstəqilliyimiz qədər dəyərləndirməlidir. Odur ki, mayın 28-də Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir və orada səsləndirilmiş mesajlar sözün hərfi mənasında Müstəqillik Günümüzə yeni rəng və məna qatmış oldu. Öz ərazi bütövlüyünü bərpa etmiş qalib Azərbaycan xalqı “müstəqillik” məfhumunun ideoloji mahiyyətinə “həmrəylik” və “birlik” kimi amilləri də əlavə etmiş oldu. Həmrəylik və birlik Azərbaycan xalqının və müasir cəmiyyətimizin yaşam modeli olaraq davamlı inkişafı təmin edir. Əldə etdiyimiz Qələbə sayəsində bizim müstəqilliyimiz artıq qüdrət, qürur və birlik simvoluna çevrilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq