MUXTAR RESPUBLİKADA İLLİK ENERJİ İSTEHSALI BİR MİLYARD KİLOVAT-SAATA ÇATDIRILACAQDIR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Naxçıvan Muxtar Respublikasında elektrik stansiyalarının ümumi gücü 173,6 meqavata, illik enerji istehsalı isə bir milyard kilovat-saata çatdırılacaqdır. Bu göstəriciyə nail olmaq üçün yeni elektrik stansiyaları tikilir, mövcud enerji müəssisələri isə yenidən qurulur.
Muxtar respublikaya təbii qazın verilməsi sayəsində mənzillərdə elektrik enerjisindən qızdırıcı kimi istifadə edilməsi də xeyli azalacaq və istehsal olunan enerji ilə MR-in şəhər və rayonlarını fasiləsiz təmin etmək mümkün olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:49]
Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub
- 15.10.2026 [13:42]
Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib
- 15.10.2026 [13:24]