Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz artıb
Naxçıvan, 25 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında ötən ay 8 milyon 642 min 600 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur.
Muxtar respublikanın Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu dövr ərzində diri çəkidə ət istehsalı 2124,6 ton, süd istehsalı 2045,8 ton olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 4,7 faiz, süd istehsalı isə 2 faiz artıb.
Qeyd edək ki, muxtar respublikada kənd təsərrüfatının inkişafı üçün atılan addımlar bu sahənin davamlı inkişafını təmin etməklə yanaşı, müəyyən istiqamətlər üzrə ixrac imkanları da yaradıb.