Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müzəffər Lider

Müzəffər Lider

Bakı, 23 dekabr, AZƏRTAC

Müdrik şəxsiyyətlər tarixi proseslərə mühüm təsir göstərərək onların inkişaf istiqamətlərini müəyyənləşdirir, öz fəaliyyətləri ilə təmsil etdikləri xalqın qürur mənbəyi kimi çıxış edirlər. Onlar parlaq ideyaları ilə cəmiyyətin tərəqqisində həlledici rol oynayırlar. Belə şəxsiyyətlərdən biri müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevdir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Müzəffər Lider” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə bildirilib ki, Prezident İlham Əliyev müdrik Liderə məxsus uzaqgörənliklə ölkəmizin həyatında böyük dəyişikliklər yaradan tarixi vəzifələrin həyata keçirilməsi yükünü və məsuliyyətini öz üzərinə götürərək xalqımızın maraqlarına əsaslanan siyasət aparır. Azərbaycan Prezidenti sübut edir ki, Liderin malik olduğu nüfuz özündə yüksək şəxsi keyfiyyətlərin, mənəvi-əxlaqi, siyasi dəyərlərin və prinsiplərin vəhdətini birləşdirir. Dövlətimizin başçısının ölkəmizdə və dünyada böyük nüfuz qazanması onun intellektual potensial, mənəvi zənginlik və səriştəli idarəetmə bacarığı kimi meyarlara əsaslanan liderlik keyfiyyətlərindən irəli gəlir. Bütün bunlar Prezident İlham Əliyevin cəmiyyətdə gedən proseslərə realist mövqedən yanaşmasında, ölkəmizin hərtərəfli inkişafına dair dövlət proqramları, konsepsiyaları və strategiyaları uğurla həyata keçirməsində mühüm əhəmiyyət daşıyır. Siyasəti mükəmməl elmi-nəzəri bazaya və konseptual əsaslara söykənən Azərbaycan Prezidentinin qəbul etdiyi qərarların, yerinə yetirdiyi vəzifələrin milli və qlobal əhəmiyyəti həm yerli, həm də beynəlxalq ictimai rəydə yüksək qiymətləndirilir.

Azərbaycan Prezidenti ictimaiyyət nümayəndələri ilə mütəmadi olaraq birbaşa təmasların yaradılmasına, onları narahat edən, düşündürən məsələlərə həssaslıqla yanaşmağa böyük əhəmiyyət verir. Prezident İlham Əliyevin uzaqgörən siyasətini təhlil etdikdə onun güclü siyasi iradəyə və idarəetmə bacarığına malik, xalqına və dövlətinə bağlı müdrik Lider olduğunu görürük.

Prezident İlham Əliyev fəaliyyətini Azərbaycanın tərəqqisinə həsr edən Lider kimi xalqımızın böyük rəğbətini qazanıb. Onun dünyada gedən geosiyasi proseslərə praqmatik mövqedən yanaşması apardığı siyasətin əsas cəhətlərindən biridir. Prezident İlham Əliyev təcrübəli siyasətçi kimi hadisə və proseslərin axarını əvvəlcədən müəyyənləşdirib gələcəyin tarixini yaradır, parlaq zəkası, iti mühakimə qabiliyyəti, möhkəm xarakteri və mürəkkəb vəziyyətlərdə düzgün qərarlar qəbul etməsi ilə dünyanın tanınmış dövlət xadimləri içərisində xüsusi yer tutur.

Ümumdünya tarixi təcrübələri göstərir ki, xalqların inkişafı, milli-mənəvi və əxlaqi dəyərlərin qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi kimi şərəfli missiyanın yerinə yetirilməsi ölkəyə rəhbərlik edən şəxsiyyətin liderlik keyfiyyətləri ilə sıx şəkildə bağlıdır. Bu baxımdan Prezident İlham Əliyev Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi tərəqqisi, xalqımızın milli-mənəvi dəyərlərinin zənginləşməsi və sair məsələlərə dövlətin inkişaf strategiyasının tərkib hissəsi kimi baxaraq məqsədyönlü siyasət aparır. Xalqımızın milli kimliyinin qorunması üçün milli şüurun və özünüdərkin güclənməsi daim diqqət mərkəzində saxlanılır.

Prezident İlham Əliyevin siyasəti özündə ulu öndər Heydər Əliyevin siyasi irsini, demokratik dövlətçilik ənənələrini və Azərbaycanın tərəqqisini nəzərdə tutan strateji baxışları ehtiva edir. Milli maraqlara əsaslanmaq, davamlı inkişaf, multikultural, tolerant dəyərlərə sadiqlik və s. Prezident İlham Əliyevin siyasətinin əsas xüsusiyyətlərindəndir. Dövlətimizin başçısının cəmiyyətin inkişaf qanunauyğunluğunu və ictimai şüurda baş verən dəyişiklikləri daim diqqət mərkəzində saxlaması onun Lider kimi tarixi nailiyyətlər əldə etməsini şərtləndirir.

Prezident İlham Əliyevin liderliyi dərin və universal biliklərə, işgüzarlığa, uzaqgörənliyə, mahir diplomatlığa, həmsöhbətinə güclü təsir etmək qabiliyyətinə malik olmaq kimi keyfiyyətlərlə bağlıdır. Eyni zamanda, xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət kimi cəhətlər Prezident İlham Əliyevin şəxsiyyətini səciyyələndirən xüsusiyyətlərdəndir. Azərbaycan Prezidenti ümummilli məsələləri böyük peşəkarlıqla həll edən, tarixi əhəmiyyət daşıyan addımları ilə xalqımızın həyatında əsaslı dəyişikliklər yaradan Liderdir. Prezident İlham Əliyevin həm milli, həm də qlobal məsələlərin həlli istiqamətində göstərdiyi fəaliyyət Azərbaycan tarixinin unudulmaz səhifələrini təşkil edir, bəşəriyyətin inkişafına verdiyi töhfələrlə yaddaşlarda dərin iz buraxır.

Prezident İlham Əliyev ictimai mühitə açıqlıq, yüksək fəallıq, özünəinam, məqsədyönlülük kimi liderlik keyfiyyətlərinə malikdir. Məhz bunlar Prezident İlham Əliyevin nəinki Azərbaycan vətəndaşları, həmçinin xarici ölkələrin dövlət başçıları və tanınmış siyasətçiləri ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlərinin yaranmasında mühüm rol oynayır. Dünyanın tanımış dövlət xadimləri və nüfuzlu politoloqları Prezident İlham Əliyevin möhkəm iradəli, hədəflərinə çatmaq üçün qətiyyətli mübarizə aparan Lider olduğunu dəfələrlə bildirmişlər.

Yazıda qeyd olunur ki, Prezident İlham Əliyev ictimai münasibətləri yüksək peşəkarlıqla tənzimləmək, idarə etmək qabiliyyətinə malikdir və qəbul etdiyi qərarların, yerinə yetirdiyi vəzifələrin əhəmiyyəti ona həm yerli, həm də beynəlxalq ictimai rəydə böyük nüfuz qazandırır. Azərbaycan Prezidenti yeniliyin, ümumbəşəri dəyərlərin və təcrübənin ictimai həyatda tətbiqinin fəal tərəfdarı kimi çıxış edən islahatçı Liderdir. Onun apardığı məqsədyönlü siyasətin nəticəsində Azərbaycan davamlı inkişaf yolu ilə irəliləyir. Son 18 il ərzində Azərbaycan dövlətinin bütün sahələrində əldə olunan tarixi nailiyyətlərin əsasında Prezident İlham Əliyevin yüksək liderlik keyfiyyətləri dayanır.

Tarixi təcrübələrə görə, ictimai proseslərə ciddi təsir göstərən amillər içərisində şəxsiyyətin fəaliyyəti mühüm tutur və xalqın maraqları onun vasitəsilə təcəssüm edir. Mütərəqqi şəxsiyyətlə tarix arasındakı qarşılıqlı əlaqə, onların bir-birinə təsiri cəmiyyətin inkişafına təkan verir. Eyni zamanda, ictimai-siyasi qüvvənin aparıcı mövqe tutması ona rəhbərlik edən şəxsiyyətin yüksək liderlik keyfiyyətlərindən irəli gəlir. Bu aspektdən yanaşsaq görərik ki, Azərbaycan dövlətinin tərəqqisinin əsasında Prezident İlham Əliyevin görkəmli şəxsiyyət və Lider kimi ümummilli maraqlara söykənən vəzifələri uğurla yerinə yetirməsi dayanır. Müxtəlif illərdə keçirilmiş prezident seçkilərində Prezident İlham Əliyevin böyük səs çoxluğu ilə qələbə qazanması Azərbaycan xalqının öz Liderinə böyük inam və etimadından irəli gəlir.

Bildirilib ki, müasir dövrdə Azərbaycan bir çox postsovet respublikaları ilə müqayisədə həm ümumi iqtisadi gücünə, həm də iqtisadi kəmiyyət və keyfiyyət göstəricilərinə görə qabaqcıl yer tutur. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının həyata keçirilməsi nəticəsində şəhər və rayonların infrastruktur təminatı yaxşılaşır, sahibkarlığın inkişafı stimullaşdırılır, əhalinin məşğulluq səviyyəsi yüksəlir. Azərbaycanla dünya dövlətləri arasında ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsi ölkəmizin geoiqtisadi maraqlarının təmin edilməsi baxımından vacib əhəmiyyət daşıyır. Respublikamız böyük enerji-nəqliyyat layihələrinin əsas təşəbbüskarlarından biri kimi regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır. Prezident İlham Əliyevə dərin inam və etibardan irəli gələrək Azərbaycan iqtisadiyyatına böyük həcmdə xarici sərmayələrin qoyulması qeyri-neft sektorunun və müxtəlif sənaye sahələrinin inkişafına təsir göstərən amillərdəndir.

Əhalinin sosial müdafiəsinin təmin olunması və insan kapitalının inkişafı Prezident İlham Əliyevin apardığı siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Bundan irəli gələrək, ölkə vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi və əhalinin azgəlirli təbəqəsinin sosial-iqtisadi rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Əhalinin gəlirlərinin artırılması və minimum əməkhaqqının ölkə üzrə yaşayış minimumuna çatdırılması istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir.

Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən birini xalqımızın qədim və zəngin milli-mənəvi dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi təşkil edir. Ölkəmizdə mövcud olan tolerant və multikultural mühit dini-mədəni müxtəlifliyin qorunması, dünyəvi dövlət-din modelinin möhkəmlənməsi üçün əlverişli şərait yaradır. Azərbaycanın dünyaya multikulturalizmin inkişaf etdiyi dövlət kimi tanıdılması sahəsində mühüm işlər görülür.

Dinlərarası və mədəniyyətlərarası dialoqun qlobal səviyyədə təşviqi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Azərbaycan multikulturalizmin və tolerant dəyərlərin inkişafına həsr olunmuş xeyli sayda beynəlxalq tədbirlərə ev sahibliyi edir. Milli-dini münasibətlər sahəsində Prezident İlham Əliyevin apardığı siyasət xalqımız tərəfindən dəstəklənir. Azərbaycanda yaşayan milli-etnik qruplar ümumi birgəyaşayış qaydaları əsasında özlərinin mədəni-mənəvi dəyərlərini və etnoqrafik xüsusiyyətlərini qoruyub saxlayırlar. Onlar azərbaycançılıq məfkurəsi ətrafında birləşməklə ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edirlər.

Prezident İlham Əliyevin siyasətində hər bir fərdin, sosial qrupun və bütövlükdə cəmiyyətin maraqlarının nəzərə alınması milli birliyi möhkəmləndirir. Azərbaycan dövlətinin davamlı inkişafında vətəndaş birliyinin böyük əhəmiyyəti var. Prezident İlham Əliyevin milli və siyasi həmrəylik simvoluna çevrilmiş, ölkəmizdə yeni siyasi konfiqurasiyanın möhkəmlənməsinə istiqamətlənmiş siyasəti ictimai rəydə yüksək qiymətləndirilir və xalqımız tərəfindən dəstəklənir. Müxtəlif ictimai-siyasi qüvvələr, dini-etnik konfessiyalar arasında konstruktiv əməkdaşlıq təmin olunur. Milli-dini münasibətlərin demokratik normalar əsasında tənzimlənməsi ölkə vətəndaşlarını milli-etnik mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq, Azərbaycan dövləti ətrafında sıx birləşdirir.

Dövlətimizin başçısı regional və beynəlxalq səviyyələrdə gedən geosiyasi proseslərlə bağlı uzaqgörən siyasət aparır. Ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq Azərbaycan Prezidentinin siyasətinin əsas prinsiplərindən birini təşkil edir. Bu siyasətin nəticəsində ölkəmizlə dünya dövlətləri arasında qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq möhkəmlənir, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşaması təmin olunur. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət Azərbaycanı dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli münasibətlərdə vacib tərəfdaş kimi tanıdır, onun beynəlxalq təşkilatlarla əlaqələrini möhkəmləndirir. Uğurlu xarici siyasət ölkəmizə beynəlxalq aləmdə çoxlu dost dövlətlər və etibarlı tərəfdaşlar qazandırır. Müasir dövrdə beynəlxalq aləmdəki geosiyasi ziddiyyətlərə baxmayaraq, Azərbaycan davamlı inkişaf edən dövlət kimi dünya ölkələri arasında özünə layiqli yer tutur.

Yazıda vurğulanıb ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə nail olmaq üçün Prezident İlham Əliyev qətiyyətli və prinsipial siyasət həyata keçirib. Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə ətraflı və tutarlı faktlara əsaslanan məlumatlar çatdırılıb, problemin mahiyyətinin Ermənistan tərəfindən təhrif olunması cəhdləri ildən-ilə fiaskoya uğrayıb. Prezident İlham Əliyev münaqişənin beynəlxalq hüquqi normalar çərçivəsində nizamlanmasına çalışıb, Azərbaycanın mövqeyini dəfələrlə beynəlxalq və regional təşkilatların tribunalarından səsləndirib, Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə, dünya dövlətlərini isə münaqişənin aradan qaldırılması üçün fəallıq göstərməyə çağırıb. Təbii ki, Ermənistanın beynəlxalq hüquqi prinsiplərə saymazyana münasibəti, Azərbaycanın haqlı tələblərinə etinasız yanaşması uzun müddət davam edə bilməzdi və bu, öz təsdiqini 44 günlük Vətən müharibəsində tapdı.

Dövlətimizin başçısının yüksək liderlik və hərbi sərkərdəlik keyfiyyətləri Vətən müharibəsində bir daha özünü göstərdi. Müharibədə xalqımız Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi prinsipial mövqeyinin, uzaqgörən diplomatiya yürütdüyünün şahidi oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər və beynəlxalq arenadakı böyük nüfuzu, xalq-iqtidar birliyi Vətən müharibəsində qələbəni şərtləndirən vacib amillərdən oldu. Xüsusilə, Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı siyasətin nəticəsində müasir tələblərə tam cavab verən, yüksək mənəvi-psixoloji hazırlıqlı, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşmışdır ki, bu da özünü erməni faşizmi üzərində şanlı Qələbə ilə sübut etdi. Ermənistan hərbi birləşmələrinin cəmi 44 gün ərzində darmadağın edilməsi xalqımızın milli qürur hissini və ləyaqətini özünə qaytardı. Dünya birliyi Vətən müharibəsində Azərbaycanın öz suverenliyini qorumağa qadir qüdrətli dövlət olduğunu gördü.

İşğaldan azad olunan torpaqlarımızda Azərbaycan Respublikasının Dövlət bayrağının dalğalanması, geniş quruculuq işlərinin aparılması, erməni vandalizminə məruz qalmış tarixi-dini abidələrimizin və məscidlərimizin bərpası hər birimizdə böyük qürur hissi yaradır. Əminik ki, bu ərazilər məhz Prezident İlham Əliyevin siyasəti sayəsində ölkəmizin ən abad guşələrindən birinə çevriləcək və keçmiş məcburi köçkün soydaşlarımız tezliklə öz doğma yurdlarına qayıdacaqlar.

“Yuxarıda göstərilənlərin ümumiləşdirilməsi sübut edir ki, Azərbaycanın tərəqqisi, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşaması Prezident İlham Əliyevin fenomenal şəxsiyyət kimi yüksək liderlik keyfiyyətləri ilə bağlıdır. Azərbaycan Prezidenti müdrik Liderə məxsus uzaqgörənliklə milli maraqlara söykənən, xalqımızın həyatında böyük dəyişikliklər yaradan siyasət həyata keçirir. Bu siyasət özündə müdrikliyi, dövlətçilik təcrübəsini, qətiyyətli iradəni, xalqımızın və dövlətimizin inkişafına dair mütərəqqi siyasi-ideoloji baxışları birləşdirir. Bütün bunların nəticəsidir ki, Azərbaycan davamlı inkişaf edərək, dünya birliyində böyük nüfuz qazanır, xarici dövlətlər ölkəmizə hörmət və ehtiramla yanaşırlar”, - deyə M.Qurbanlı məqalənin sonunda bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir VİDEO

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir VİDEO

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH