“Muzey - XXI əsrdə. Klassikliklə interaktivliyin nisbəti problemləri” adlı beynəlxalq elmi konfrans keçiriləcək
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycanın ilk və ən böyük muzeyi, təməli 1920-ci ildə qoyulmuş Milli Azərbaycan Tarixi Muzeyi (MATM) bu il özünün 100 illik yubileyini qeyd edəcək. Azərbaycanın milli-mədəni irsini toplayaraq tədqiq və təbliğ edən Milli Azərbaycan Tarixi Muzeyi AMEA-nın aparıcı elmi-tədqiqat mərkəzlərindən biri kimi həm də muzeyşünaslıq, vətən tarixi, arxeologiya, etnoqrafiya, numizmatika üzrə yüksəkixtisaslı kadrlar hazırlayan bir müəssisədir.
MATM-dan AZƏRTAC-a bildirilib ki, oktyabrın 21-də Bakıda, Milli Azərbaycan Tarixi Muzeyində “Muzey - XXI əsrdə. Klassikliklə interaktivliyin nisbəti problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində sərgilərin və yeni ekspozisiyanın açılışı da planlaşdırılır.
Konfransın mövzuları:
Klassiklikdən interaktivliyə: Muzeylərin “gizli” həyatı
Klassik muzeylərdə yüksək texnologiyaların tətbiqi: Dünya muzeylərinin təcrübəsi;
− Muzey ekspozisiyası 2020-2030-cu illərdə. Tendensiyalar və perspektivlər;
− Gələcəyin sərgiləri: VR (Virtual Reallıq) və AR (Artırılmış Reallıq) texnologiyalarının geniş tətbiqi uğura zəmanətdirmi.
Klassiklikdən interaktivliyə: kəmiyyət və keyfiyyət
− Muzeydə təşkil olunmuş elmi-kütləvi tədbirlərdə iştirak mədəniyyəti dünən və bu gün;
− Əlçatan muzey - fiziki qüsurlu şəxslərin muzey mühitinə inteqrasiyası. Muzey inklüziv məkan kimi;
− Muzey istirahət məkanı kimi.
Klassiklikdən interaktivliyə: məqsədli kapital
− Passiv müşahidədən aktiv iştiraka, uşaqlar və gənclər üçün interaktiv proqramlar;
− Əyləncə ilə təlim: mif ya reallıq.
Klassiklikdən interaktivliyə: muzey menecmenti
− Muzeyə əlavə gəlir mənbələrini cəlbetmə yolları;
− Muzeydə müasir tendensiyalar - onlayn layihələr, sosial şəbəkələrlə iş;
− Müasir PR menecerin vasitə və metodları;
− Muzeyin mağazası - muzeyin inkişaf strategiyasının bir hissəsi kimi.
• Konfransda iştirak etmək üçün tezislər və anket (https://bit.ly/39j7GWv) iyunun 19-dək [email protected] və [email protected] e-poçt ünvanlarına göndərilməlidir.
Tezislərin qəbul edilməsi haqında məlumat iyulun 1-də elan olunacaq.
Məruzələr ciddi redaktə olunduqdan sonra sentyabrın 15-dək Təşkilat Komitəsinə göndərilməlidir.
Xarici ölkələrdən gələn iştirakçıların Bakıda qalma və yemək xərclərini qəbul edən tərəf öz üzərinə götürür. Bakıya gəlmə və getmə xərcləri iştirakçıların hesabınadır.
Tezislərin tərtibatına dair tələblər:
Tezislərin əvvəlində müəllifin soyadı, adı, elmi dərəcəsi (əgər varsa), iş yeri və vəzifəsi, əlaqə telefonları, elektron poçtunun ünvanı göstərilməlidir.
− Tezislər Azərbaycan, ingilis və rus dillərində təqdim oluna bilər.
− Mətnin həcmi (A4) - 1-1,5 səhifəyədək.
− Şrift - Times New Roman, 14, sətirlərarası interval - 1,5.
Məruzələrin tərtibatına dair tələblər:
− Məruzənin əvvəlində müəllifin soyadı, adı, elmi dərəcəsi (əgər varsa), iş yeri və vəzifəsi, əlaqə telefonları, elektron poçtunun ünvanı göstərilməlidir.
− Müəllifin adı və soyadı, məruzənin adı kursivlə (İtalic) göstərilməlidir.
− Məruzələr Azərbaycan, ingilis və rus dillərində təqdim oluna bilər.
− Mətnin həcmi - 10 səhifəyədək.
− Şrift - Times New Roman, 14, sətirlərarası interval - 1,5.
− İsnadlar - hər səhifənin sonunda. Şrift - Times New Roman, 12, sətirlərarası interval - 1.
• Təşkilat Komitəsi məruzələrin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən) və ya məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır.
• Konfransda çıxışın reqlamenti 15 dəqiqədir.
• Çıxışlar Azərbaycan, ingilis və rus dillərində ola bilər (tərcümə təmin olunur).
Təşkilat komitəsinin koordinatları:
Azərbaycan Respublikası, Bakı, 1005, H.Z.Tağıyev küçəsi, 4, Milli Azərbaycan Tarixi Muzeyi. Əlaqələndirici şəxs: Emin Dadaşov
İştirakçının anketi (doldurulması mütləqdir)
Daha ətraflı məlumat muzeyin internet saytında verilib.