MUZEYDƏ HEYDƏR ƏLİYEV GUŞƏSİ YARADILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Mingəçevirdəki tarix muzeyində əsaslı təmir işləri başa çatmışdır. Təmirdən sonra burada “Açıq qapı” günü keçirilmiş, ümummilli liderimiz Heydər Əliyevin şəhərə səfərlərini əks etdirən xüsusi guşə yaradılmışdır.
1968-ci ildən fəaliyyətə başlayan muzeydə 14 mindən çox eksponat saxlanılır. Muzey şəhər sakinlərinin və qonaqların hər zaman üz tutduğu mədəniyyət ocağıdır.