M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı xəzinədar vəzifəsinə işə qəbul elan edir
Bakı, 9 dekabr, AZƏRTAC
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı xəzinədar vəzifəsinə işə qəbul elan edir.
Bu barədə AZƏRTAC-a MDU-nun Bakı filialından məlumat verilib. Vakant vəzifə haqqında məlumatı təqdim edirik.
İş barədə məlumat:
• pul vəsaitlərinin qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatları yerinə yetirir;
• əməkhaqqı və mükafatların verilməsi, ezamiyyət və digər xərclərin ödənilməsi üçün müəyyən olunmuş qaydaya əsasən dövlət bank idarələrindən rəsmiləşdirilmiş sənədləri, pul vəsaitlərini və qiymətli kağızları alır;
• mədaxil-məxaric sənədlər əsasında kassa kitabçasını aparır, pulun və qiymətli kağızların faktiki məbləğini qalıqla yoxlayır, kassa hesabatını tərtib edir.
İş qrafiki: 6 günlük
• İş saatları: Həftəiçi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00
• Servislə təmin olunur.
• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
Namizədə aid tələblər:
• Təhsil: Ali (iqtisadiyyat sahəsi)
• Təcrübə: Minimum 3 il
• Yaş: 25-45
• Proqramlar: 1 C və MS Office
• Dil biliyi: Azərbaycan dili və rus dili biliyi vacibdir.
• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.
Vakansiya ilə maraqlanan şəxslər Azərbaycan və ya rus dilində şəkilli CV-lərini məktubun “mövzu” bölməsində vakant vəzifənin adını qeyd etməklə [email protected] ünvanına 2023-cü il dekabrın 25-dək göndərə bilərlər.