Myanmada “Facebook”un fəaliyyəti müvəqqəti dayandırılıb
Pekin, 4 fevral, AZƏRTAC
Myanmada dövlət çevrilişi edərək hakimiyyəti ələ keçirən ordu ölkədə "Facebook" sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti qadağa qoyub.
AZƏRTAC xəbər verir ki, bu barədə Myanmada mobil rabitə operatorlarından biri olan "Telenor" açıqlama yayıb.
Bildirilir ki, ölkədəki bütün mobil operatorlar, internet provayderləri Nəqliyyat və Rabitə Nazirliyindən "Facebook" şəbəkəsini fevralın 7-dən etibarən blok etmək barədə göstəriş alıb. Artıq mobil operatorlar və provayderlər təlimatı yerinə yetirməyə başlayıblar.
Qeyd edək ki, fevralın 1-də səhər saatlarında Myanma ordusu ölkə Prezidenti Vin Myini, Myanmanın faktiki lideri olan dövlət müşaviri Aun San Su Kyini, habelə hakim “Demokratiya uğrunda Milli Liqa” partiyasını təmsil edən bir neçə yüksək vəzifəli şəxsi həbs edəndən sonra ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edib. Ölkədə hakimiyyət silahlı qüvvələrin ali baş komandanı, general Min Aun Hlayna keçib. Vitse-prezident Myint Sve isə müvəqqəti prezident elan olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]