“N-Kolay İstanbul” marafonunda dünya rekordu yenilənib
İstanbul, 4 aprel, AZƏRTAC
Aprelin 4-də İstanbulda “N-Kolay İstanbul” marafonu keçirilib.
AZƏRTAC xəbər verir ki, bu il 16-cı dəfə təşkil olunan marafon İstanbul Böyükşəhər Bələdiyyəsinin təşəbbüsü ilə pandemiya qaydaları çərçivəsində baş tutub.
Dünyanın ən yaxşı səkkiz yarımarafonundan biri hesab edilən “N-Kolay İstanbul”da bu il dünya rekordu yenilənib. Belə ki, 2 min 500-dən çox iştirakçının qatıldığı marafonda kişi və qadınlar arasında birinciliyi keniyalı atletlər qazanıb. Qadınlar arasında keniyalı atlet Ruth Chepngetich 21 kilometrlik məsafəni 1 saat 4 dəqiqə 1 saniyədə tamamlayaraq dünya rekordunu təzələyib. Kişilər arasında isə Geoffrey Kamvoror 57 dəqiqə 32 saniyə nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Marafon İstanbulun Avropa qitəsinin “Yenikapı” bölgəsindən başlayıb. Tarixi yarımadanı dolaşan idmançılar başlanğıc nöqtəsinə dönüblər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]
“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib
- 12.06.2026 [15:23]
NBA-nın final seriyasının oyununda hakim səhvi etiraf olunub
- 12.06.2026 [14:49]
Azərbaycan avarçəkəni Avropa çempionu olub
- 12.06.2026 [13:57]
Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb
- 12.06.2026 [12:46]
“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub
- 12.06.2026 [12:16]
“Şəfa” “Qəbələ”dən ayrılan futbolçunu heyətinə qatıb
- 12.06.2026 [12:14]