Naftalan və Mingəçevir şəhərlərinin turist xəritələri nəşrə hazırlanıb
Bakı, 20 avqust (AZƏRTAC). Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya Fabriki geniş turizm imkanlarına malik Naftalan və Mingəçevir şəhərlərinin turist xəritələrini nəşrə hazırlayıb.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, xəritələr Azərbaycan, ingilis və rus dillərində olmaqla 50x70 santimetr ölçüdə, yüksək poliqrafik səviyyədə çap ediləcək. Bu xəritələrdə turistlərə lazım olan bütün zəruri informasiya - şəhərlərin əsas yolları, küçələrin adları, sanatoriyalar, otellər, əyləncə və istirahət mərkəzləri və digər məkanlar haqqında məlumatlar əksini tapacaq.
Bakı Kartoqrafiya Fabriki bundan əvvəl Bakı və Gəncə şəhərlərinin turist xəritələrini nəşr etmişdi. Yaxın vaxtlarda isə Sumqayıt, Qəbələ, Quba, Qusar və başqa şəhərlərin də turist xəritələrinin nəşri nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]