Naftalana gələn xarici turistlər arasında Rusiya, Özbəkistan və Qazaxıstan vətəndaşları üstünlük təşkil edir
Naftalan, 31 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Bu ilin doqquz ayında Naftalan şəhərinin iqtisadiyyatının əsasını təşkil edən turizm sektorunda ciddi inkişaf qeydə alınıb.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, doqquz ayda şəhərə gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artaraq 33030 nəfər olub, onlardan 11791 nəfəri 40 ölkədən gələn xarici turistlərdir. İlk üçlükdə olan ölkələr Rusiya, Özbəkistan və Qazaxıstandır. Həmçinin qonaqlar arasında Belarus, İsrail, Qırğızıstan, Çin, Türkiyə, ABŞ və digər ölkələrdən olan turistlər də çoxluq təşkil edir.
Hazırda Naftalanda 3-ü beşulduzlu olmaqla, ümumilikdə 20-yə yaxın hotel və müalicə mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə 1200-dən çox işçi çalışır.
Qeyd edək ki, hazırda Naftalanda bir gündə dörd minə yaxın turist gecələyə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:03]
Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq
- 09.10.2026 [17:41]
Səyyah: Qarabağda gördüklərim məni valeh etdi
- 09.10.2026 [17:36]
Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO
- 09.10.2026 [17:21]
İranlı səyyah: Qarabağ çox gözəldir
- 09.10.2026 [16:47]
Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO
- 09.10.2026 [16:26]
Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb
- 09.10.2026 [15:57]
Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb
- 09.10.2026 [15:53]