NARKOMANLIQ VƏ NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ MÜBARİZƏ DAVAM EDİR
Həmin dövrdə ayrı-ayrı şəxslərdən 9 kiloqram 616 qram narkotik vasitə, psixotrop maddə, o cümlədən 1 kiloqram 255 qram heroin, 64 qramdan artıq tiryək, 17 qram həşiş, 8 kiloqrama yaxın marixuana, 253 qram sirkə anhidridi götürülmüşdür.
Hüquq mühafizə orqanları əsas diqqəti narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə, daxilolma mənbələrinin aşkar edilməsinə yönəltmişlər.
Ay ərzində bu növ cinayətlər törətdiyinə görə 150 şəxs, o cümlədən 9 əcnəbi yaxalanaraq məsuliyyətə cəlb olunmuşdur. Əcnəbilərdən 4-ü Gürcüstan, 3-ü İran İslam Respublikası, 1-i Əfqanıstan, 1-i isə Rusiya Federasiyasının vətəndaşıdır.