NARKOTİK MADDƏ ALVERÇİSİ İŞ BAŞINDA YAXALANMIŞDIR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Narkotiklərlə Mübarizə Baş İdarəsinin qərb bölgəsində regional şöbəsi və Samux Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ağarəşid Əliyev 7 kiloqram marixuananı 5 min dollara satarkən tutulmuşdur. A.Əliyevin mənzilinə baxış zamanı əlavə 3 kiloqram marixuana aşkar edilərək götürülmüşdür.
Əzizbəyov Rayon Polis İdarəsi 1-ci bölməsinin işçiləri Mərdəkan qəsəbəsinin sakini Əli Abdullayevdən 0,226 qram, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Gəray İsmayılovdan 0,221 qram heroin müsadirə etmişlər.
Faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]