NARKOTİK QAÇAQMALÇILARI YAXALANMIŞLAR
Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mayın 5-də Daxili İşlər Nazirliyinin Füzuli Rayon Polis Şöbəsi ilə birgə keçirilmiş tədbirlər nəticəsində İran İslam Respublikasının Aslandüz qəsəbəsinin sakinləri – 1988-ci il təvəllüdlü Nadir Muradi və 1986-cı il təvəllüdlü Kyumərz Zərpərəs İran-Azərbaycan dövlət sərhədinin Füzuli rayonu istiqamətində qaçaq yolla ölkəmizə keçirdikləri 4 kiloqramdan artıq marixuana ilə birlikdə yaxalanmışlar.
Transmilli cinayətkarlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirlərini davam etdirən Milli Təhlükəsizlik Nazirliyində fakt üzrə araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]