NASA Marsda oksigen yaratmağa nail olub
Vaşinqton, 23 aprel, AZƏRTAC
ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsi (NASA) Marsda yeriyən “Perseverance” adlı qurğunun köməyi ilə bu planetin səthində karbon qazından oksigeni ayırmağa nail olub.
AZƏRTAC xəbər verir ki, “Moxie - Mars Oxygen In-situ Resource Utilization Experiment” adlanan qurğu 5 qram oksigen istehsal edib. Bu qədər oksigen astronavtın Marsda təqribən 10 dəqiqə nəfəs ala bilməsi üçün kifayətdir.
NASA-da belə hesab edirlər ki, gələcəkdə Marsa uçan insanlar özləri ilə çoxlu oksigen yox, yeni qurğunun böyüdülmüş versiyasını götürəcəklər. Oksigen raketin kimyəvi tərkibinin ayrılmaz hissəsidir.
Məlum olduğu kimi, Mars atmosferində karbon qazı 96 faiz, oksigen isə cəmi 0,13 faiz təşkil edir.
Müqayisə üçün qeyd edək ki, Yer atmosferində oksigenin miqdarı 21 faizdir.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]