NATO PA-NIN RƏHBƏRLİYİ ROUZ-ROUT SEMİNARININ BAKIDA KEÇİRİLMƏSİNƏ RAZILIQ VERMİŞDİR
Milli Məclis sədrinin müavini, NATO PA-da parlament nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, bu günlərdə qurumun rəhbərliyindən Azərbaycana rəsmi məlumat daxil olmuşdur. Məktubda növbəti seminarın bu ilin noyabr ayında Bakıda keçirilməsinə razılıq verilmişdir.
Bununla əlaqədar Baş katib Saymon Lann və ya onun müavini Andrea Çellino seminarın gündəliyini və təşkilati işlərlə bağlı məsələləri müzakirə etmək üçün Bakıya səfər edəcəkdir.
Xatırladırıq ki, bu cür seminarın hələ ötən ilin noyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulmuşdu. Amma Rusiyada keçirilən parlament seçkiləri və Gürcüstanda baş siyasi verən dəyişikliklər tədbirin təxirə salınmasına səbəb olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]