Naxçıvan-Sədərək magistralında qəza baş verib, xəsarət alanlar var
Naxçıvan, 12 aprel, AZƏRTAC
Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayon ərazisindən keçən hissəsində baş verib. İki avtomobilin toqquşması nəticəsində Şərur rayon sakinləri - 1968-ci il təvəllüdlü Şükürova Xumar Şükür qızı, 1980-ci il təvəllüdlü Fərəcov Elməddin Elçin oğlu, 1986-cı il təvəllüdlü Məmmədova Günay Yavər qızı, 1990-cı il təvəllüdlü Tağıyev Qadir Heydər oğlu və 2010-cu il təvəllüdlü Fərəcli Elvinə Elməddin qızı xəsarət alıblar. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:08]
Ağstafada müəllimlər arasında yarış olub
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:30]
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [15:36]