Naxçıvan, 29 yanvar, AZƏRTAC
6 saylı Ordubad-Culfa seçki dairəsinin 43 saylı seçki məntəqəsində səs verən ən yaşlı sakinin 102 yaşı var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həmin şəxs 1923-cü il təvəllüdlü Culfa rayonunun Yaycı kəndindən olan Abdulla Səfərovdur. O, məntəqəyə gələrək səs verib.