Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirildi

Naxçıvan, 19 avqust (AZƏRTAC, Rauf Əliyev). Avqustun 19-da Naxçıvan şəhərində yerləşən Əlahiddə Ümumqoşun Ordusunun Qərargahında Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz arasında üçtərəfli görüş oldu.

Sonra nazirlər birgə mətbuat konfransı keçirdilər.

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov müzakirə olunan məsələlər barədə məlumat verərək bildirdi ki, üçtərəfli görüş zamanı regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıldı, hərbi sahədə əməkdaşlıq üzrə bir sıra qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi. Bu formatda danışıqların genişləndirilməsi və müdafiə nazirlərinin üçtərəfli görüşlərinin altı aydan bir növbə ilə Azərbaycan, Gürcüstan və Türkiyədə keçirilməsi barədə qərar qəbul edildi.

Azərbaycanın müdafiə naziri hər üç ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyğunluğunun əldə olunması məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsinin əhəmiyyətli hesab edildiyini bildirərək dedi ki, həmçinin birgə seminar və konfransların, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın üçtərəfli formatının yaradılması, neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin keçirilməsi də məqsədəuyğun hesab olundu. Bununla əlaqədar üç ölkə mütəxəssislərinin ekspert qruplarının mütəmadi görüşləri təşkil ediləcək.

Mətbuat konfransında Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz bildirdi ki, görüşdə Cənubi Qafqazla bağlı bütün məsələlərə dair mövqeləri üst-üstə düşən dövlətlərin müdafiə nazirləri olaraq əməkdaşlığımızın gələcək inkişafını nəzərdən keçirdik, bölgədə gedən prosesləri müzakirə etdik. Xüsusən Cənubi Qafqazda sülhün, sabitliyin və davamlı inkişafın təmin edilməsi üçün lazımi addımların atılması məsələsində razılığa gəldik.

Türkiyənin Azərbaycanın və Gürcüstanın müstəqilliyinə, ərazi bütövlüyünə tam dəstək verdiyini bəyan edən İsmət Yılmaz dedi ki, görüş zamanı bir daha bölgədəki münaqişələrin sülh yolu ilə, ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinin vacib olduğu vurğulandı.

Türkiyə Respublikasının milli müdafiə naziri qeyd etdi ki, üç ölkənin birgə əməkdaşlığı bölgəni cazibə mərkəzinə çevirib, Bakı-Tbilisi-Ceyhan , Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi nəhəng qlobal layihələr bütün dünyanın diqqətini cəlb edib. Bu mənada hər sahədə qarşılıqlı əməkdaşlığımızın inkişafı mühüm əhəmiyyət kəsb edir.

İsmət Yılmaz yüksək qonaqpərvərliyə və müdafiə nazirlərinin üçtərəfli görüşünü təşkil etdiyinə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirdi.

Gürcüstanın müdafiə naziri İrakli Alasaniya Azərbaycana səfərindən və qədim Naxçıvana gəlməsindən məmnun olduğunu bildirərək dedi ki, Azərbaycan və Türkiyə ölkəsinin çox əhəmiyyətli strateji tərəfdaşlarıdır. Bu mənada müdafiə nazirlərinin üçtərəfli görüşü Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir.

İrakli Alasaniya vurğuladı ki, görüş zamanı ölkələrimiz, həmçinin region üçün çox əhəmiyyətli iqtisadi layihələrin təhlükəsizliyinin qorunması məsələsi diqqət mərkəzində oldu. Qeyd olundu ki, biz birgə əməkdaşlığımızla regionda mövcud olan münaqişələrin sülh yolu ilə, ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinə nail olmağa, bölgədə sülh və sabitliyi təmin etməyə çalışırıq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Təlimlərin ikinci günü: Media nümayəndələri ilkin tibbi yardım barədə məlumatlandırılıblar

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisiyə rəsmi səfər edəcək

Azərbaycan Polisi Günü Göyçayda da qeyd olunub

Gəncə Dövlət Universitetində tədbir: Qərbi Azərbaycana qayıdış

Britaniyada 1,8 milyon tələbənin azı 50 min funt-sterlinqlik borcu var

Qərbi Azərbaycan İcmasında yerli rayon icmalarının cari ilin birinci yarımilliyi üçün hesabat iclası keçirilib

Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib

“BakıKart” nağdsız elektron ödəniş alətinin adından dələduzluq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ

® "Azercell" yeni "Smartfon" kampaniyasını təqdim edir!

Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib

Elektron Təhlükəsizlik Xidməti “Qarabağ” Futbol Klubunun əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib

"CESI" şirkətinin icraçı direktoru ilə “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlıq müzakirə olunub

Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir 

Daşkəsən rayonunda sel müşahidə olunur VİDEO

“Orqanik Naxçıvan”a məxsus 750 hektardan artıq sahədə taxıl biçini aparılır

Paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsində avtobus zolağı təşkil edilib

Azərbaycan polisi məsuliyyətli və şərəfli vəzifəsinin öhdəsindən bacarıqla gəlir

İtaliyalı jurnalist Azərbaycanda tolerantlıq mühitinin qorunması və təbliği ilə bağlı görülən tədbirlər barədə məlumatlandırılıb

Nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

“Azərbaycan Dəmir Yolları” ilə sərnişin daşınması 20 faiz artıb

Azərbaycan polisi ölkədə təhlükəsizliyi və asayişi uğurla təmin edir

Qərbi azərbaycanlı professor: Azərbaycan Prezidentinin müdrik siyasəti sayəsində qayıdış arzumuza çatacağımıza inanırıq

UNEC Abituriyent Məsləhət Mərkəzində 100-dən çox abituriyentə dəstək göstərilib

Hindistanda dini ibadətgahda baş verən izdihamda 107 nəfər ölüb

Daxili işlər orqanları asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir

Azərbaycan-İsrail əlaqələrindən bəhs edən kitabın təqdimatı olub

Gəncədə bir qrup polis işçisi peşə bayramı münasibətilə təltif edilib

Bakı İlahiyyat Kollecinin loqo müsabiqəsinin qalibi müəyyənləşib

Füzuli və Xocavənd rayonlarına mediatur təşkil olunub - YENİLƏNİB

Keniyada hökumət əleyhinə nümayişlər yenidən başlayıb

Yeni sorğu Qazaxıstan Prezidentinə yüksək ictimai dəstəyi təsdiqləyir

Bu ilin 6 ayında miqrasiya qanunvericiliyini pozan 1 122 əcnəbi Azərbaycanın hüdudlarından kənara çıxarılıb

Məktəb-studiyanın yekun konserti olub

“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib

Rəsədxananın əməkdaşı beynəlxalq konfransda çıxış edib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO

Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib

Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim edib

Zəngilan, Laçın və Füzulidə “Ümid dolu sabahlar” adlı layihəyə başlanılıb

BMT-nin Baş katibi: Əminəm ki, Qazaxıstan Azərbaycanda keçiriləcək Tərəflər Konfransında üzərinə düşən rolunun öhdəsindən layiqincə gələcək

AzMİU ilə Üsküdar Universiteti arasında əməkdaşlıq qurulacaq

AİJA-nın prezidenti: AIPS-in yaradılması gününü bütün dünya ölkələri qeyd edir

Leyboristlər Partiyasının lideri donorlardan 76 min funt sterlinqlik hədiyyə qəbul edib

AIPS-in yubiley tədbiri keçirilib, AZƏRTAC “İlin ən yaxşı informasiya agentliyi” mükafatına layiq görülüb VİDEO

Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var VİDEO

Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunur

MSK-da REAL-ın, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının müraciətlərinə baxılıb

İlanın ağından da, qarasından da... qorunmaq lazımdır

Rövzət Qasımov: Bəzi seçki məntəqələrinin hüdudlarında dəyişiklik edilməsinə əsaslar yaranıb

Uşaqlar nə üçün qaranlıqdan qorxur ?

ABŞ-ın Şimali Dokota Universitetinin professoru BDU-da elmi seminar keçirib

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Test imtahanında müvəffəqiyyət qazanmış şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb

Pakistanın səfiri Bilal Hayenin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

Çinin BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb

İmişlidə bir qrup polis əməkdaşı təltif olunub

İRİA ekosistemin inkişafına təkan verəcək “Ecosystem Map” və digər layihələrini təqdim edib

Sabiq kəşfiyyat rəisi Niderlandın yeni Baş naziri olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Özbəkistan Prezidenti Astanada ŞƏT-in sammitində iştirak edəcək

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Metropolitendə aylıq sərnişindaşıma ilk dəfə pandemiyadan əvvəlki dövrdən çox olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qabal kəndində gənclərə Azərbaycan-Gürcüstan dostluğu barədə məlumat verilib

“Azərtütün” ASC-nin emal məntəqələri bu günədək istehsalçılardan 476,4 ton yaş tütün qəbul edib

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Yay Təcrübə Proqramı çərçivəsində tələbələr üçün yay düşərgəsi keçirilir

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı Metrosunda QR bilet istifadəçilərinin sayı 1 milyonu ötüb

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BANM tələbələri DAAD təqaüdlərini qazanıblar

Azərbaycanın müdafiə naziri Belarusa səfər edib

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Çinin ən uzun çayında suyun səviyyəsi təhlükəli həddi keçib VİDEO

“Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

FHN Aran Regional Mərkəzi çimərliklərdə monitorinq keçirib

Bakı və Gəncədə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzləri fəaliyyətə başlayıb

Gürcüstanda hərbi təyyarə qəzaya uğrayıb

“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib

Türkiyə mediası: Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin tikintisi sürətlə davam edir

Yeni çap metodu çevik elektronikaya yol açır

Paytaxtın Azadlıq prospektində təmir işləri aparılır VİDEO

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının 2024-cü il 14 iyun tarixli 1173-VIQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Şuşa – İslam dünyasının mədəniyyət paytaxtıdır” - elmi konfrans

Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında
Azərbaycan Respublikasının Qanunu

İstanbulda Azərbaycan və Türkiyə gənclərinin birgə konserti təşkil olunub

“Dəlinin qeydləri” monotamaşası beynəlxalq festivaldan uğurla qayıdıb

Tverdə Azərbaycan məhsullarının təqdimatı keçirilib

Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Gömrük nəzarətindən gizlədilən məhsullar aşkarlanıb

Bill Qeyts: AI iqlim məqsədlərinə nail olunmasına mənfi deyil, müsbət təsir göstərir

ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olunub

Bu ildən BMU-da təkrar ali təhsil almaq üçün qəbul həyata keçirilir

“Beril” qasırğası Karib hövzəsinə çatıb

® ABB “AKA Bank”la müqavilə imzalayıb

Kənd təsərrüfatı naziri Xaçmazda taxıl biçini prosesini izləyib

Filippinin 2025-ci il üçün büdcəsi 10 faizdən çox artıb

Mayk Tayson Türkiyə millisinə hədiyyə göndərib

İtaliya Azərbaycandan yaşıl enerjinin idxalına maraq göstərir