Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda “Bərəkət Toxumçuluq” kompleksi istifadəyə verilib

Naxçıvan, 9 aprel, AZƏRTAC

Bu gün muxtar respublikada kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının artırılması sahəsində ardıcıl tədbirlər görülür. Müasir meliorasiya və irriqasiya sistemləri qurulur, yeni torpaqlar əkin dövriyyəsinə qatılır, torpaq mülkiyyətçiləri texnika və gübrə ilə təmin edilirlər. Xüsusilə kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən olan toxumçuluğun inkişafı diqqətdə saxlanılır. Hazırda muxtar respublikada toxuma olan tələbatı ödəmək və toxumluq məhsulların istehsalını artırmaq sahəsində ardıcıl tədbirlər görülür, yeni toxumçuluq təsərrüfatları yaradılır, iqlim və torpaq xüsusiyyətlərinə uyğun məhsuldar toxum sortları yetişdirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 9-da Naxçıvan şəhərində “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün yeni kompleks istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Naxçıvan Muxtar Respublikası Baş Nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək deyib ki, muxtar respublikada aqrar sahəyə göstərilən dövlət dəstəyi, innovativ texnologiyaların tətbiqi və elmi əsaslara söykənən layihələrin icrası kənd təsərrüfatının bütün sahələri üzrə məhsuldarlığı artırıb, əhalinin tələbatının yerli istehsal hesabına ödənilməsi təmin edilib. Əkinçiliyin inkişafında keyfiyyətli toxum təminatı əsas diqqət yetirilən məsələlərdəndir. Güclü maddi-texniki bazaya və geniş əkinəyararlı torpaq sahəsinə malik olan “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublikanın torpaq mülkiyyətçilərini məhsuldar və keyfiyyətli toxumlarla təmin edir. Ötən il təsərrüfatda 1067 ton toxum istehsal edilərək satışa verilib. 2020-ci ilin məhsulu üçün 1300 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Yeni kompleksin istifadəyə verilməsi bu sahədə fəaliyyətin daha səmərəli təşkilinə imkan verəcəkdir. Elşad Əliyev kənd təsərrüfatının inkişafına göstərdiyi hərtərəfli qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

“Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı Dərgah Fərəcov çıxış edərək deyib ki, muxtar respublikada aqrar sahə, xüsusilə əkinçilik hərtərəfli inkişaf edir. Torpaq mülkiyyətçilərinin toxumla təminatında “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin mühüm rolu vardır. Toxumçuluq təsərrüfatında 60 nəfər işlə təmin olunub. Dərgah Fərəcov toxumçuluq təsərrüfatının kollektivi və yeni işlə təmin olunanlar adından Ali Məclisin Sədrinə minnətdarlıq edib, torpaq mülkiyyətçilərini, ailə təsərrüfatlarını və fermerləri keyfiyyətli toxumlarla təmin edəcəklərinə söz verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Bu gün ümummilli liderimiz Heydər Əliyevin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə sabitlik, inkişaf və rifah vardır. İnsanların yaşayış səviyyəsi yüksəldilir. Ölkəmizdə digər sahələrlə yanaşı, kənd təsərrüfatı da inkişaf etdirilir, ərzaq təhlükəsizliyi təmin olunur. Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da kənd təsərrüfatının inkişafı qarşıda duran əsas vəzifədir. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikada ərzaq təhlükəsizliyi təmin edilmişdir.

Ali Məclisin Sədri deyib: Ərzaq təhlükəsizliyinin təmin olunması üçün, ilk növbədə şərait yaradılmalı, torpaqlardan səmərəli istifadə olunmalı, texnika və toxum təminatı həyata keçirilməlidir. Görülən işlərin nəticəsində muxtar respublikada suvarılan torpaqların sahəsi 62 min hektara çatdırılmışdır. Bu torpaqlardan yüksək keyfiyyətli məhsul götürmək üçün keyfiyyətli toxumlara ehtiyac vardır. Ona görə də muxtar respublikada toxumçuluq inkişaf etdirilir. Hazırda toxum tələbatının 80 faizə yaxını yerli istehsal hesabına ödənilir. “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəyə verilməsi ilə muxtar respublikamızda toxuma olan tələbat tamamilə yerli istehsal hesabına ödəniləcəkdir. Təsərrüfatın istifadəsində 90-a yaxın texnika, 2 min hektara yaxın torpaq sahəsi, anbarlar, qarışıq yem istehsalı sahəsi və satış mərkəzi vardır. Bütün bunlar da təsərrüfatda keyfiyyətli və tələbata uyğun toxum sortlarının istehsalına və satışına, daxili tələbatın ödənilməsinə və gəlirlərin artmasına imkan verəcəkdir. “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət vəsaiti hesabına yaradılıb. Bundan sonra təsərrüfatın saxlanılması və inkişafı isə kollektivin üzərinə düşən vəzifədir.

Ali Məclisin Sədri deyib: Dünyada hansı proseslərin baş verməsindən asılı olmayaraq, kənd təsərrüfatı mütləq inkişaf etdirilməlidir. Bu gün dünyada o ölkələr pandemiya ilə rahat mübarizə apara bilirlər ki, həmin ölkələrdə ərzaq təhlükəsizliyi təmin olunub. Kənd təsərrüfatı iqtisadiyyatın lokomotividir. Ona görə də kənd təsərrüfatı inkişaf etdirilməlidir ki, ölkədə digər sahələrin inkişafı da təmin olunsun. Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər, kənd təsərrüfatının inkişafı qarşıdakı illərdə də məhsul bolluğu yaradacaqdır. Məqsəd ondan ibarətdir ki, kənd təsərrüfatı sahəsində əhalinin məşğulluğu təmin olunsun, məhsul istehsalı daha da artsın. Bunun üçünsə, şərait yaradılmalı, mütərəqqi suvarma üsulları tətbiq olunmalı, müasir texnikalar alınıb gətirilməli və yüksək keyfiyyətə malik məhsuldar toxumlardan istifadə olunmalıdır. Bu gün istifadəyə verilən “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd olunan tələblərə cavab verən toxumçuluq təsərrüfatıdır. Təsərrüfat müasir texnikalarla təmin olunub, kollektiv formalaşıb və əkin sahələrində mütərəqqi suvarma sistemləri qurulub.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb, toxumçuluq təsərrüfatının qurulmasında əməyi olanlara təşəkkür edib.

Məlumat verilib ki, “Bərəkət Toxumçuluq” kompleksinə taxıl anbarı, qarışıq yem sexi, toxumların satış mərkəzi, tutumu 500 ton olan hazır məhsul anbarı, 2 min hektar əkin sahəsi, texnika və avadanlıqların saxlanılması üçün qaraj, eləcə də təmiri sexi daxildir. 1924 kvadratmetr sahəni əhatə edən taxıl anbarında bütün texniki tələblər nəzərə alınıb. Burada ümumi tutumu 24 min ton olan 48 bunker vardır. Hər birinin tutumu 500 ton olan bunkerlər taxılın keyfiyyətlə və uzun müddətə saxlanılmasına imkan verəcəkdir.

Qarışıq yem sexinin istehsal gücü ildə 72 min tondur. Bildirilib ki, burada quşlar üçün kökəltmə və yumurtalıq, mal-qara üçün isə ətlik və südlük istiqamətində 8 çeşiddə yem istehsal olunur. Xammal təminatı yerli istehsal hesabına ödənilir ki, bu da keyfiyyətli məhsul istehsalına imkan verir. Müasir avadanlıqların quraşdırıldığı müəssisədə istehsal prosesi tamamilə avtomatlaşdırılmış qaydada həyata keçirilir, hazır məhsullar müxtəlif ölçülərdə paketlənərək satış mərkəzinə göndərilir.

Üçmərtəbəli satış mərkəzində 9 iş otağı, laboratoriya, mətbəx, qazanxana və satış zalı yerləşir. Laboratoriyada quraşdırılan elektro-termostatik inkubator, isitmə və qurutma sobası, mikroskop və digər avadanlıqlar hesabına yüksək məhsuldarlığa malik, xəstəliyə, ziyanvericilərə və yerli iqlim şəraitinə dözümlü toxum sortlarının genofonduna və seleksiyasına nəzarət olunacaqdır. Satış mərkəzində taxılla yanaşı, digər kənd təsərrüfatı bitkiləri toxumlarının, eləcə də dekorativ güllərin, meyvə tinglərinin, gübrələrin, dərman preparatlarının, qarışıq və qüvvəli yemin, kənd təsərrüfatında istifadə olunan alət və avadanlıqların da satışı həyata keçiriləcəkdir.

“Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 2 min hektar əkin sahəsi ayrılıb. Uzun müddət əkilməyən həmin torpaqlarda meliorativ tədbirlər həyata keçirilib, su təminatı yaxşılaşdırılıb, əkinlərin aqrotexniki qaydalara uyğun aparılması və məhsuldarlığın artırılması üçün 1023 hektar sahədə qapalı suvarma sistemi tikilib istifadəyə verilib. Hazırda digər ərazilərdə də qapalı suvarma şəbəkələrinin qurulması davam etdirilir. Bu ilin məhsulu üçün yerli şəraitə uyğun “Fatimə”, “Qobustan”, “Qualiti” və “Bezost” taxıl sortları əkilib.

Bildirilib ki, əkin işlərinin aparılması üçün cəmiyyətə 38 adda 87 texnika və texnoloji avadanlıq alınıb. Hazırda istifadə olunan 6 kombayn, 5 traktor, hər birinin tutumu 10 ton olan 4 yük maşını, 5 toxumsəpən, kotan və dırmıqlar, 5 gübrəsəpən, 5 toxumtəmizləyən, eləcə də digər maşın və avadanlıqlar yüksək iş əmsalına malikdir.

Ali Məclisin Sədri keyfiyyətli toxum sortlarının yetişdirilməsi, bazarın qorunması, toxuma və qüvvəli yemə olan tələbatın yerli istehsal hesabına ödənilməsi, müvafiq qurumlarla birlikdə məhsuldar toxum sortlarından istifadə ilə bağlı maarifləndirici tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlar verib.

X X X

Toxumçuluğun inkişafı bitki genefondunun qorunub saxlanılması və ərzaq təhlükəsizliyinin təmin olunmasının əsas şərtlərindəndir. Digər bir tərəfdən keyfiyyətli toxum istehsalı həm də əhalinin sağlamlığının qorunmasına xidmət edir. Ali Məclis Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada toxum bazarı düzgün təhlil olunur, tələbat öyrənilir, bu sahə üzrə mütəxəssislər hazırlanır. Bütün bunlar bir daha təsdiq edir ki, “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması və fəaliyyətinin təşkili əkinçiliyin inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması ilə yanaşı, həm də keyfiyyətli məhsul istehsalı və əhalinin sağlamlığının qorunması baxımından da mühüm əhəmiyyətə malikdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı