NAXÇIVANDA BEYNƏLXALQ SİMPOZİUM KEÇİRİLMİŞDİR
Naxçıvan Dövlət Universiteti, AMEA Naxçıvan bölməsi, Atatürk Kültür, Dil və Tarix, Yüksək Kurum Başqanlığının keçirdiyi simpoziumu Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli açaraq tədbirin məqsədi barədə məlumat vermiş, iştirakçılara uğurlar diləmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov simpozium iştirakçılarını salamlamışdır.
Simpoziumda Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov “Azərbaycan Atatürkşünaslığı və ya Heydər Əliyev Atatürk haqqında”, Ərzurum Atatürk Universitetinin tarix bölümünün başqanı, professor Ənvər Qonuqçu “XX əsrin əvvəllərində Naxçıvanda millətlərarası münasibətlər”, AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Mustafa Kamal Atatürk–Heydər Əliyev: tarixi missiyada oxşarlıq”, Şimali Kipr Doğu Ağdəniz Universitetinin professoru Nazim Hikmət Polad “Atatürk və Heydər Əliyevdə iki dövlət və bir millət fikri” mövzularında məruzə ilə çıxış etmişlər.
Simpoziumda iki gün ərzində 40-a yaxın məruzə dinləniləcəkdir. Forumun materialları kitab şəklində çap ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:57]
Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]