Naxçıvanda daşınmaz dövlət əmlakının icarəsindən büdcə daxilolmaları 12 dəfəyədək artıb
Naxçıvan, 8 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında cari ilin I rübü ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 149,7 min manat məbləğində vəsaitin ödənilməsi təmin olunub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,7 dəfə artım qeydə alınıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu ilin I rübü ərzində daşınmaz dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 84 yeni müqavilə bağlanıb, 62 icarə müqaviləsinin müddəti uzadılıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə yeni icarə müqavilələrinin sayı 2,1, müddəti uzadılmış müqavilələrin sayı 1,9 dəfə çox olub.
2025-ci ilin I rübü ərzində Naxçıvanda 2219 daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış əmlakların sayında 8,1 faiz artım müşahidə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [11:44]
“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb
- 29.09.2026 [11:08]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
- 29.09.2026 [10:22]
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb
- 29.09.2026 [09:44]
Cəlilabadda yaşayış evində yanğın olub
- 28.09.2026 [23:56]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [22:13]
Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]