Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda Silahlı Qüvvələr Günü qeyd olunub

Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələri üçün yeni yaşayış və xidmət kompleksi istifadəyə verilib

Naxçıvan, 25 iyun, AZƏRTAC

İyunun 25-də - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ərəfəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələri üçün yeni yaşayış və xidmət kompleksi istifadəyə verilib, Əlahiddə Ümumqoşun Ordunun İkinci Qarabağ müharibəsində iştirak edən hərbi qulluqçularına Azərbaycan Respublikası təltiflərinin təqdimatı olub, qüsursuz xidmət edən hərbçilərə mənzillər verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə tədbirin hazırlığı barədə məruzə edib.

Ali Məclisin Sədri şəxsi heyəti salamlayıb, onları təltiflərin təqdimatı, yeni yaşayış və xidmət kompleksinin istifadəyə verilməsi münasibətilə təbrik edib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ali Məclisin Sədri 26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində Naxçıvan şəhərində hərbi hissələr üçün yeni yaşayış və xidmət kompleksi istifadəyə verildiyini, həmçinin Əlahiddə Ümumqoşun Ordunun İkinci Qarabağ müharibəsində iştirak edən hərbi qulluqçularına orden və medalların, Silahlı Qüvvələrdə 20 il və daha çox qüsursuz xidmət etmiş hərbçilərə isə mənzillər təqdim olunduğunu bildirərək deyib: “Əlamətdar gün və tədbirlər münasibətilə muxtar respublikadakı ordu, birləşmə və hissələrin şəxsi heyətlərini, hərbçi ailələrini, müharibə veteranlarını və şəhid ailələrini təbrik edir, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını qurban verən qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik”.

Ali Məclisin Sədri deyib: Güclü ordu müstəqilliyin, inkişafın və sabitliyin təminatıdır. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə bu amili dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirmişdir. “Hər bir dövlətin müstəqilliyinin rəmzi və təminatçısı onun silahlı qüvvələridir”, - deyən Ulu Öndərin 1993-cü ildə ali hakimiyyətə ikinci qayıdışından sonra həyata keçirdiyi tədbirlər Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında və inkişafında əsas baza olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, “1993-cü ildə ölkəmiz demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Məhz bugünkü Zəfərin təməli, bax, o vaxt qoyulmuşdur”.

Ali Məclisin Sədri deyib: Bu gün ölkə Prezidentinin Ümummilli Liderin yolunu uğurla davam etdirməsinin nəticəsidir ki, müstəqilliyimizin və dövlətçiliyimizin qarantı olan güclü ordumuz vardır. Naxçıvan Muxtar Respublikasında da müdafiə təhlükəsizliyinin təmin olunması, hərbi hissələrin maddi-texniki bazasının gücləndirilməsi, döyüş hazırlığının yüksəldilməsi və hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Müstəqillik illərində muxtar respublikada 300-ə yaxın hərbi təyinatlı obyekt istifadəyə verilmiş, hərbi qulluqçuların və ailələrinin sosial-məişət şəraiti yaxşılaşdırılmışdır. Bu gün istifadəyə verilən yeni yaşayış və xidmət kompleksi, eləcə də təqdim olunan mənzillər ordu quruculuğu tədbirlərinin tərkib hissəsidir. Muxtar respublikada hərbi qulluqçuların döyüş hazırlığı da artırılmışdır. Qarşıya qoyulan istənilən vəzifə və tapşırıqlar yüksək hərbi səriştə, peşəkarlıq və vətənpərvərliklə yerinə yetirilir.

“Ordu dövlətin əsas sütunu, hərbi xidmət isə Vətən qarşısında müqəddəs borcdur”, - deyən Ali Məclisin Sədri çıxışını ümummilli liderimiz Heydər Əliyevin müdrik fikirləri ilə tamamlayıb: “Bizim hamımızın bir Vətəni var - bu, Azərbaycandır. Hamımız bir torpaqda yaşayırıq - bu, Azərbaycan torpağıdır. Azərbaycan torpağının hər guşəsi hər birimiz üçün müqəddəs yerdir”.

İkinci Qarabağ müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli kapitan Mirza Musayev minnətdarlıq edərək deyib: “Ulu öndərimiz Heydər Əliyevin böyük səylə qurduğu dövlətimiz bu gün güclü orduya malikdir. Bu, ötən il Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində bir daha sübut olundu. Zəfərlə sona çatan müharibədə naxçıvanlı igidlər də qəhrəmanlıq dastanı yazdılar. 30 ilə yaxın davam edən işğala və haqsızlığa son qoyuldu, tarixi ədalət bərpa edildi. Bundan sonra da qarşımıza qoyulan hər bir əmri yerinə yetirməyə hazırıq”.

Sonra Əlahiddə Ümumqoşun Ordunun İkinci Qarabağ müharibəsində iştirak edən hərbi qulluqçularına orden və medallar təqdim olunub. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15, 18 və 30 dekabr tarixli sərəncamları ilə Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularından bir qrupu 3-cü dərəcəli “Rəşadət”, “Azərbaycan Bayrağı”, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə, “Vətən uğrunda”, “İgidliyə görə”, “Hərbi xidmətlərə görə”, “Cəsur döyüşçü” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunublar.

Ali Məclisin Sədri Azərbaycan Respublikasının ordenlərini, tədbir iştirakçıları isə medalları təqdim ediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təqdimatına əsasən Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini-qərargah rəisi general-mayor Ağalarov Fazil Köçəri oğluna Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə “general-leytenant” ali hərbi rütbəsi verilib.

Ali Məclisin Sədri “general-leytenant” ali hərbi rütbəsini Fazil Ağalarova təqdim edib.

Fazil Ağalarov minnətdarlıq edərək deyib: “Dövlətimizin orduya göstərdiyi diqqət və qayğını daim üzərimizdə hiss etmişik. Ali hərbi rütbə ilə təltif olunmağım məsuliyyətimi daha da artırır. Bundan sonra da üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyik”.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara mənzillərin orderlərinin təqdimatı olub.

Ali Məclisin Sədri mənzillərin orderlərini polkovnik Cəlal Mehdiyevə və ehtiyatda olan gizir İlqar Rəhimova təqdim edib.

Şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçib.

Sonra Ali Məclisin Sədri hərbi hissələrdə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, Əlahiddə Ümumqoşun Ordunun yeni hərbi hissələri üçün hər biri 3 mərtəbəli olmaqla 1 qərargah binası, 2 əsgər yataqxanası və 1 bölmələrin əşya saxlancı binası tikilmişdir. İstifadəyə verilən 3 mərtəbəli qərargah binasında komandir və rəislər üçün xidməti, istirahət və növbətçi otaqları, stasionar rabitə qovşağı və taktiki siniflər olmaqla, ümumilikdə 52 otaq yerləşir. Yataqxana binalarında şəxsi heyət üçün nümunəvi şərait yaradılıb. Burada növbətçi, silah, məişət, tibb, ideoloji və komandirlər üçün iş otaqları, eləcə də mərkəzi qazanxana sistemi yerləşir. Bölmələr üçün nəzərdə tutulmuş əşya saxlancı binası, ümumilikdə 74 otaqdan ibarətdir.

Müasir xidmət şəraiti yaradılan hərbi hissədə daimi istilik, su, elektrik və dayanıqlı rabitə sistemi quraşdırılıb. Burada abadlıq işləri aparılaraq istirahət guşələri və sıra meydanı salınıb, dekorativ ağac və güllər əkilib, ərazi işıqlandırma sistemi ilə təmin edilib.

Əlahiddə Ümumqoşun Orduya yeni xidməti avtomobillər təqdim edilib

Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasının gücləndirilməsi tədbirləri sırasında xidməti avtomobillərə olan tələbatın ödənilməsi mühüm yer tutur.

İyunun 25-də Əlahiddə Ümumqoşun Orduya 22 “Mitsubishi L200” markalı xidməti avtomobil təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni avtomobillərə baxıb, təyinata uyğun istifadə olunması barədə tapşırıq verib.

Sonra Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordunun Texnika parkına, silah və optik cihazlar anbarına baxıb. Baxış zamanı bildirilib ki, parkın dam örtüyü yenilənib, fasad hissəsi üzlənib, beton örtüyü verilib. Silah və sursatların saxlanılması üçün lazımi şərait yaradılıb.

Ali Məclisin Sədri muxtar respublikada ordu quruculuğu işlərinin kompleks şəkildə aparıldığını və əhalinin təhlükəsizliyinin təmin olunduğunu bildirib, “Torpağı əkmirsənsə, qorumağına, qorumursansa, əkməyinə dəyməz”, - müdrik fikri xatırladaraq bu sahədə görülən işlərin əhəmiyyətini vurğulayıb, Türkiyə Silahlı Qüvvələrinin ordu quruculuğu tədbirlərindəki fəaliyyətindən bəhs edib. Güclü dövlətimizin güclü lideri və ordusu sayəsində torpaqlarımızın işğaldan azad olunduğunu bildirən Ali Məclisin Sədri Silahlı Qüvvələr Gününün böyük Qələbə ilə qeyd olunduğunu diqqətə çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Çempionlar Liqası: "Sabah" “Slaviya Praqa”nı məğlub edir – YENİLƏNİB 3

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb