Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində İtaliyanın yeni səfiri ilə görüş keçirilib
Bakı, 25 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov İtaliyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri ilə görüşüb.
Daimi nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında münasibətlər, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə iqtisadi əlaqələr, kənd təsərrüfatı, nəqliyyat, yaşıl enerji, elektronika və digər sahələri əhatə edən layihələr, regional siyasi-hərbi vəziyyət, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.