Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin rəhbəri rəsmi tədbirdə iştirak edib
Bakı, 24 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov İran İslam Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin dəvətilə, bu ölkənin “Müqəddəs Müdafiə Həftəsi” münasibətilə təşkil olunmuş rəsmi qəbulda iştirak edib.
Bu barədə AZƏRTAC-a Naxçıvanın Bakıdakı daimi nümayəndəliyindən məlumat verilib.