Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanın daşları nə danışır? – Abidələrin arxasındakı böyük Azərbaycan tarixi

Naxçıvanın daşları nə danışır? – Abidələrin arxasındakı böyük Azərbaycan tarixi

Bakı, 18 avqust, AZƏRTAC

Naxçıvanda Eldənizlər dövrünə, Azərbaycan Atabəyləri dövlətinə aid tarixi və memarlıq abidələrinin bərpası, qorunması və geniş şəkildə təbliğ edilməsi olduqca vacibdir. Təəssüf ki, istər sovet dövrünün tarixşünaslığında, istərsə də sonrakı illərdə Eldənizlər dövləti, Azərbaycan Atabəyləri dövləti haqqında kifayət qədər geniş və dolğun məlumat verilməyib. Halbuki Atabəylər Azərbaycan dövlətçilik tarixinin ən parlaq səhifələrindən biridir. Yaxın Şərqdə mühüm proseslərə təsir göstərmiş bu dövlətin əsas mərkəzlərindən biri Naxçıvan və Ordubad olub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyib.

O bildirib ki, Azərbaycan Atabəyləri dövləti XII–XIII əsrlərdə regionun və bütövlükdə İslam dünyasının siyasi tarixində mühüm rol oynayıb. “Eldənizlər dövründə Azərbaycan Atabəyləri dövləti böyük siyasi və hərbi gücə malik olub, Yaxın Şərqdə gedən proseslərə ciddi təsir göstərib, Bağdad xəlifəliyi ilə münasibətlərdə mühüm siyasi mövqe tutub. Onun siyasi mərkəzlərindən biri Naxçıvan olub, Ordubad bu tarixi proseslərdə mühüm yer tutub. Atabəylər dövrünə aid irsin həm bərpa edilməsi, həm də geniş şəkildə təbliğ olunması prinsipial əhəmiyyət daşıyır. Azərbaycan tarixinin bu mühüm mərhələsinin daha dərindən araşdırılması xalqımızın qədim və zəngin dövlətçilik ənənələrinin yeni tərəflərinin üzə çıxarılmasına imkan verir. Sovet dövründə Azərbaycan Atabəyləri dövləti və xüsusilə Naxçıvanın bu dövlətin tarixindəki rolu barədə məlumatların geniş şəkildə təqdim edilməsinə müxtəlif səbəblərdən kifayət qədər imkan verilməyib. Biz indi bu ənənəni dəyişməliyik. Azərbaycan Atabəyləri dövlətinin dünya tarixindəki rolunu daha geniş şəkildə araşdırmalı və cəmiyyətə çatdırmalıyıq. Bu dövlət orta əsrlərdə yalnız Azərbaycan tarixində deyil, Yaxın Şərqin siyasi tarixində də mühüm rol oynayıb. Səlib yürüşlərinin qarşısının alınması proseslərində, Yaxın Şərqdə siyasi sabitliyin formalaşmasında, İraq, Suriya, Şam ərazilərində, eləcə də İran və Qafqazda gedən siyasi proseslərdə ciddi təsirə malik olub”, – deyə Qafqaz Tarixi Mərkəzinin direktoru bildirib.

Tarixçi-alim diqqətə çatdırıb ki, bu baxımdan Eldənizlər və Azərbaycan Atabəyləri dövlətinin tarixinin araşdırılması yalnız bir dövlətin və ya müəyyən bir tarixi dövrün öyrənilməsi ilə məhdudlaşmır. Bu araşdırmalar Azərbaycanın orta əsrlərdə Yaxın Şərq və İslam dünyasında oynadığı siyasi, mədəni və hərbi rolu daha aydın şəkildə ortaya qoymağa imkan verir. Qafqaz Tarixi Mərkəzi bu istiqamətdə müəyyən araşdırmalar aparır. Azərbaycan Atabəyləri dövləti ilə yanaşı, Mahmud Nurəddin Zəngi və onun tələbəsi, möhtəşəm sərkərdə Səlahəddin Əyyubi ilə bağlı araşdırmalar aparılır. Bu şəxsiyyətlər Yaxın Şərqin siyasi və hərbi tarixində mühüm iz qoyublar, regionun İslam tarixində yeni mərhələnin formalaşmasına təsir göstəriblər. Bu baxımdan həmin dövrü bütöv şəkildə araşdırmaq olduqca vacibdir. Memar Əcəmi Naxçıvani həmin dövrün Azərbaycan memarlıq məktəbinin ən böyük nümayəndələrindən biridir. Möminə xatun isə təkcə tarixi abidə ilə deyil, həm də Azərbaycan Atabəyləri dövlətinin siyasi tarixində mühüm mövqeyi olan hökmdar ailəsinin nümayəndəsi kimi diqqət çəkir. Bu tarixi irsi bir-birindən ayrı təsəvvür etmək olmaz.

“Azərbaycan Atabəyləri dövlətinin mühüm mərkəzlərindən biri də Gəncə olub. Nizami Gəncəvinin yaşayıb-yaratdığı dövr də məhz həmin tarixi mərhələyə təsadüf edir və bu fakt Azərbaycan Atabəyləri dövrünün yalnız siyasi və hərbi deyil, həm də mədəni baxımdan nə qədər zəngin olduğunu göstərir. Biz burada çox böyük bir tarixi mənzərə ilə qarşılaşırıq. Bir tərəfdə Azərbaycan Atabəyləri dövlətinin siyasi və hərbi gücü, digər tərəfdə Memar Əcəmi Naxçıvaninin yaratdığı möhtəşəm memarlıq məktəbi, Nizami Gəncəvinin dünya ədəbiyyatına verdiyi töhfələr, Möminə xatun kimi tarixi şəxsiyyətlərin fəaliyyəti dayanır. Bütün bunlar eyni tarixi mühitin məhsuludur. Naxçıvanda Eldənizlər dövrünə aid abidələrin bərpası bu baxımdan yalnız memarlıq nümunələrinin fiziki qorunması məsələsi deyil. Burada daha geniş məqsəd – Azərbaycan xalqının həmin dövrdə yaratdığı dövlətçilik, memarlıq və mədəniyyət irsinin gələcək nəsillərə çatdırılması dayanır. Biz bu irsi bərpa etməklə yanaşı, onu insanlara tanıtmalıyıq. Naxçıvana gələn insan bilməlidir ki, qarşısında sadəcə qədim bir abidə dayanmır. O abidənin arxasında böyük bir dövlətçilik tarixi, böyük bir memarlıq məktəbi və Azərbaycan xalqının dünya və İslam tarixində oynadığı mühüm rol dayanır. Məncə, əsas məsələ də məhz budur – biz öz tariximizin bu möhtəşəm səhifələrini həm araşdırmalı, həm qoruyub saxlamalı, həm də dünyaya təqdim etməliyik”, – deyə Rizvan Hüseynov fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb