Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazim Mustafa: İrəvan qazılığının bərpası tarixi ədalətin bərpası yolunda atılan addımdır

Bakı, 27 may, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının mayın 22-də Bakıda keçirilən iclasında İrəvan qazılığı ilə bağlı Əsasnamə təsdiq edilib və Bəxtiyar Nəcəfov İrəvan qazısı vəzifəsinə təyin olunub. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə həmin iclasda qeyd edib ki, İrəvan Qazılığının bərpası mənəvi varlığımızın dirçəldilməsi, tarixi yaddaşımızın bərpası deməkdir. Şeyxülislam Allahşükür Paşazadə İrəvan Qazılığının yenidən bərpa olunmasını zamanın çağırışı və tarixi ədalətin təntənəsi kimi qiymətləndirib. İrəvan qazılığı ilə bağlı Əsasnamənin təsdiq edilməsi və Bəxtiyar Nəcəfovun İrəvan qazısı vəzifəsinə təyin edilməsi Erməni Apostol Kilsəsinin ciddi narahatçılığına səbəb olub. Ertəsi gün Erməni Apostol Kilsəsi bununla bağlı bəyanat yayıb. Ermənistan mediası və televiziyaları İrəvan qazılığının bərpası, qazı Bəxtiyar Nəcəfov haqqında həqiqəti əks etdirməyən məlumatlar yayıblar.

Bunu AZƏRTAC-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Nazim Mustafa deyib.

O bildirib ki, Erməni Apostol Kilsəsi yaydığı bəyanatda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin həmin iclasda səsləndirdiyi arqumentlərin heç birinə tutarlı cavab verə bilməyib. Qafqaz Müsəlmanları İdarəsinin sədrinin səsləndirdiyi XIX əsrin ikinci yarısında İrəvan quberniyasında 300-dən artıq məscidin mövcud olması faktının üstündən sükutla keçib. Halbuki, 1902-ci ildə İrəvanda nəşr edilən “İrəvan quberniyasının yaddaş kitabı”nda quberniya ərazisində mövcud olan 310 məscidin siyahısı verilib. Həmin siyahıda İrəvan şəhərində 7, Uluxanlıda 4, Böyük Vedidə 4 məscidin mövcudluğu qeyd edilir. Erməni Apostol Kilsəsi həmin məscidlərin aqibəti haqqında susur. Erməni Apostol Kilsəsi Allahşükür Paşazadənin Eçmiədzin Katolikosluğunun tarixi Azərbaycan ərazisində yerləşməsi faktını tarixin saxtalaşdırılması kimi qələmə verir. Eçmiədzin Katolikosluğunun 1441-ci ildə Azərbaycan hökmdarı Cahan şahın icazəsi ilə Kilikiyadan Çuxur Səəd ərazisindəki Valarşabad kəndindəki məbədə köçürülməsi faktının üstündən sükutla keçir.

Nazim Mustafa qeyd edib ki, bəyanatda Azərbaycanın dini rəhbərinin ritorikasında mütəmadi olaraq düşmənçilik təzahürlərinın yer aldığı qeyd edilir. Halbuki, erməni qriqorian kilsəsinin XIX əsrin sonu, XX əsrin əvvəllərində istər Şərqi Anadoluda, istərsə də Qafqazda erməni silahlı dəstələrini maliyyələşdirən, kilsəni silah anbarına və terror yuvasına çevirməsi haqqında kifayət qədər faktlar və arxiv sənədləri mövcuddur. Amerika tədqiqatçısı Səmyuel Uimz “Ermənistan - terrorçu "xristian" ölkənin gizlinləri” əsərində yazır ki, XX əsrin lap əvvəllərindən erməni kilsəsi ilə terrorçu siyasi hərəkatın birləşməsi bu gün də davam edir. Müəllif erməni kilsəsinin üsyanları planlaşdıran və həyata keçirən terrorçuların qərargahı kimi fəaliyyət göstərdiyini, terrorçuların üsyan əmrini almaq üçün kilsə xadimlərinin qərarını gözlədiklərini yazır. “Daşnaksütyun” partiyası ilə erməni-qriqorian kilsəsinin əlaqələri haqqında N.Şavrov yazır: “Bu zaman (yəni, XX əsrin əvvəlində) “Daşnaksütyun”un başında artıq erməni kilsəsinin başçısı katolikos dururdu və inqilabi hərəkatın əsas rəhbərləri, inqilabi işə xərclənmək üçün pulların toplayıcıları da din xadimləri idi”. Qafqazın Ali İdarəedicisi knyaz Q. Qolitsın erməni siyasi partiyalarının, erməni kilsəsinin və onun nəzdindəki məktəblərin terror yuvasına çevrildikləri qənaətinə gəlib. Onun qaldırdığı vəsatət əsasında 1903-cü il iyunun 12-də erməni kilsəsinin əmlakının Rusiyanın Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçirilməsi haqqında İmperator qanunu imzalanıb. Bu qanunun qəbul edilməsindən sonra, başda bütün ermənilərin katolikosu Mkrtiç Xrimyan olmaqla, erməni siyasi təşkilatları çar hökumətinə qarşı sui-qəsdlər və terror aksiyaları həyata keçirməyə başlayıblar. Eçmiədzin kilsəsi və “Daşnaksütyun” partiyasının birgə təşkilatçılığı ilə çar II Nikolaya qarşı da sui-qəsd planı hazırlanıb. Bu əməliyyatın həyata keçirilməsi üçün “Daşnaksütyun” partiyasının 4 üzvü Bakıdan Peterburqa göndərilib. Terrorçuların “Armenak”, “Qriqor”, “Simon” və “Kaspar” gizli adları altında fəaliyyət göstərdikləri məlum olub.

“Bakının general-qubernatoru knyaz Nakaşidze açıq surətdə bəyan edib ki, 1905-ci ildə Bakıda iğtişaşların törədilməsində azərbaycanlılar yox, ermənilər təqsirkardırlar. Knyaz Nakaşidze 1892-ci il noyabrın 29-dan 1904-cü il aprelin 15-dək İrəvan quberniyasında vitse-qubernator vəzifəsində işləyib. O, 12 iyun 1903-cü il tarixli erməni kilsəsinin əmlakının müsadirə edilməsi ilə bağlı qanunun yerinə yetirilməsi üçün Eçmiədzin kilsəsinə ciddi təzyiqlər göstərib. Qafqaz polisinin gizli yazışmalarından məlum olur ki, məhz bu mövqeyinə görə, “Daşnaksütyun” partiyası Nakaşidzeni terror yolu ilə aradan götürmək barədə qərar qəbul edib və bu qərar 1905-ci ilin fevralında icra edilib. Eçmiədzin Katolikosluğunun maliyyələşdirdiyi “Daşnaksütyun” partiyasının Cənubi Qafqazda törətdiyi cinayətlər uzun müddət cəzasız qalıb. “Daşnaksütyun”un kütləvi qırğınlarda və terror aktlarının həyata keçirilməsində təqsirləndirilən bir qrup üzvlərinin 1909-cu ildən başlanan həbsləri ilə bağlı istintaq hərəkətləri uzun müddət davam edib. “Daşnaksütyunun işi” adlanan həmin cinayət işinə nəhayət, 1912-ci il yanvarın 17-də Peterburq məhkəməsində baxılıb. Məhkəmədə partiyanın 159 üzvünə ittiham irəli sürülüb, 350 şahid dindirilib. Təqsirləndirilənlər arasında, həmçinin 1905-1906-cı illər qırğınlarında bilavasitə iştirakları olan erməni din xadimləri də var idi”, - deyə tarix üzrə fəlsəfə doktoru əlavə edib.

Onun sözlərinə görə, 1988-ci ildə Azərbaycana qarşı əsassız ərazi iddiası nəticəsində baş qaldıran erməni separatizminin arxasında Ermənistanın rəsmi dairələri ilə yanaşı, Erməni Apostol Kilsəsi də dayanırdı. Qarabağdakı xristian kilsələri gizli silah-sursat anbarına çevrilib. Erməni keşişləri əllərində Kalaşnikov avtomatı dinc azərbaycanlı əhalinin qətlə yetirilməsi zamanı öndə gedirdilər. Bütün bunlar Erməni Apostol Kilsəsinin humanizmdən, tolerantlıqdan, dini etiqad azadlığından danışmağa mənəvi haqqının olmamasının əyani təsdiqidir. Prezident İlham Əliyev “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda mayın 26-da Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətində qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının iclasında İrəvan qazılığının fəaliyyətinin bərpası barədə qərarın qəbul edilməsi tarixi ədalətin təmin olunması, Qərbi Azərbaycanda yerləşən mədəni və dini-mənəvi irsimizin məhv edilməsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan vacib addımdır. Azərbaycanın 2023-cü ildə dövlət suverenliyini bərpa etməsindən sonra yaranan yeni reallıq Qərbi Azərbaycandan olan soydaşlarımızın dinc yolla tarixi-etnik torpaqlarına qayıdışının reallaşmasına hüquqi zəmin yaradıb. Eyni zamanda, Qərbi Azərbaycandakı maddi-mədəni irsimizin qorunması və bərpası məsələsi beynəlxalq təşkilatların qarşısında qaldırılıb. İrəvan qazılığının bərpası da bu istiqamətdə atılan növbəti addımlardan biridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB VİDEO

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB VİDEO

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir