Nazir Emin Əmrullayev Abşeronda vətəndaşları qəbul edəcək
Bakı, 6 mart, AZƏRTAC
Elm və təhsil naziri Emin Əmrullayev martın 15-də Abşeron rayonunda vətəndaşları qəbul edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbulda Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonlarının sakinləri iştirak edə bilərlər.
Adları çəkilən şəhər və rayonların sakinləri martın 11-i saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:32]
Azərbaycanda vahid məktəbli geyimi VİDEO
- 13.10.2026 [19:09]
AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir
- 13.10.2026 [18:12]
BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb
- 13.10.2026 [17:35]
BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir
- 13.10.2026 [17:33]