ELM VƏ TƏHSİL
Nazir: İndiyədək məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı 50 faizə çatmayıb
![Nazir: İndiyədək məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı 50 faizə çatmayıb](/files/2023/3/1200x630/17022830821022838187_1200x630.jpg)
Bakı, 11 dekabr, AZƏRTAC
İndiyədək məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı 50 faizə çatmayıb. Lakin 2026-cı ilə qədər uşaqların 50 faizi məktəbəqədər təhsilə cəlb ediləcək.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, bağçalar təhsil müəssisədir: “Uşağa başqa insan da sevgi və qayğı verə bilər. Lakin o müəssisədə təhsil verilir. Bir çox hallarda məktəbəqədər təhsil müəssisələrində işləyənlər magistratura səviyyəsini bitirən şəxslər olur. Həqiqətən bu sahədə işləmək peşəkarlıq tələb edir. Bizim gələcəyimiz məktəbəqədər təhsildən asılıdır. Bu səbəbdən o sahədə təhsilli bacarıqlı şəxslər olmalıdır”,- deyə nazir qeyd edib.