Nazir Rəşad Nəbiyev Neftçalada vətəndaşlarla görüşəcək
Bakı, 30 oktyabr, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 7 noyabr 2024-cü il tarixində saat 09:30-da Neftçala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Hacıqabul, Salyan, Biləsuvar, Neftçala rayonları və Şirvan şəhər sakinləri ilə görüşəcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula 6 noyabr tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda noyabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [18:49]
Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO
- 04.06.2026 [17:40]
Laçın şəhərinin su təminatı 6 subartezian quyusu vasitəsilə həyata keçirilir
- 04.06.2026 [17:21]
Akademik İsmayıl Hacıyevin biblioqrafiyası nəşr olunub
- 04.06.2026 [15:51]
Şuşa şəhəri dayanıqlı içməli su ilə təmin edilir VİDEO
- 04.06.2026 [15:44]
Energetika naziri Ağdamda vətəndaşlarla görüşəcək
- 04.06.2026 [15:24]