Nazirlik rəsmisi: Bakı kəndləri arasında turnirin ənənəvi hal alması sevindiricidir

Bakı, 30 mart, AZƏRTAC
“Bakı kəndləri arasında minifutbol turnirinin ənənəvi hal alması sevindiricidir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev Bakı kəndləri arasında minifutbol turnirinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu yarış həm futbolun inkişafı, həm də idmanın kütləviliyi baxımından mühüm əhəmiyyət kəsb edir: “Turnir artıq ikinci dəfədir təşkil olunur. Burada Bakının 32 kəndindən 2011-2012-ci il təvəllüdlü uşaqlardan ibarət komandalar may ayının 10-dək mübarizə aparacaqlar. Onlar 8 qrupda yarışacaqlar. Bakı şəhərinin qəsəbələri eyni qrupda oynayacaq ki, komandalar uzaq məsafə qət etməsinlər. Qrup və pley-off mərhələlərinin matçları paytaxtın qəsəbələrindəki stadionlarda davam edəcək. Final isə Bakı Tennis Akademiyasında baş tutacaq. Uşaqların belə turnirlərə böyük həvəsi var. İnanırıq ki, finalda da möhtəşəm mənzərə ilə qarşılaşacağıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.04.2025 [21:32]
Azərbaycan Basketbol Liqası: "Sabah" və "Neftçi" finala yüksəlib
- 29.04.2025 [19:26]
Avarçəkmə üzrə “Prezident Kuboku-2025”in püşkatması olub
- 29.04.2025 [18:24]
Savat üzrə Azərbaycan millisi Bolqarıstanda 4 medal qazanıb
- 29.04.2025 [18:06]
Apellyasiya Arbitraj Tribunalı “Kəpəz”in şikayətini qismən təmin edib
- 29.04.2025 [17:12]
Xabi Alonso “Real Madrid” ilə razılığa gəlməyə yaxındır
- 29.04.2025 [16:16]