NAZİRLİYƏ MƏXSUS İNSTİTUTDA YANĞIN BAŞ VERMİŞDİR
Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, Bakının Səbail rayonunun Xəqani küçəsi 14-də baş vermiş yanğın nəticəsində Ədliyyə Nazirliyinin Elmi Tədqiqat Məhkəmə Ekspertiza, Kriminalistika və Kriminologiya İnstitutunun ümumi sahəsi 800 kvadratmetr olan binasının 520 kvadratmetri sıradan çıxmışdır. Hazırda yanğının səbəbi müəyyənləşdirilir.