NBA: "Nyu-York Nik"in üç oyunluq məğlubiyyət seriyası başa çatıb
Bakı, 11 mart, AZƏRTAC
ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, ötən gecə daha 12 qarşılaşma təşkil olunub.
"Nyu-York Nik" səfərdə "Sakramento"ya 133:104 hesabı ilə qalib gələrək, ardıcıl üç oyunluq məğlubiyyət seriyasına son qoyub. Qalib komandanın heyətində Karl-Entoni Tauns 26, Anunobi 24, Mayls Makbrayd 21, Coş Hart 18 xal toplayıb. Meydan sahiblərində isə Malik Monk 21, Zak Lavin 17, İsaak Cons 12 xalla yadda qalıb. Bu nəticədən sonra "Nyu-York Nik" Şərq Konfransında turnir cədvəlində üçüncü, “Sakramento” isə Qərb Konfransında doqquzuncu pillədə qərarlaşıb.
Matçların nəticələri
"Mayami Hit" - “Şarlot Hornets” – 102:105
“Bruklin Nets” - “Los-Anceles Leykers” – 11:108
"Sakramento" - "Nyu-York Nik" – 104:133
“Boston Seltiks” - “Yuta Cazz” – 120:118
“Memfis Qrizzlis” - “Finiks Sanz” – 127:140
“Oklahoma-Siti Tander” - “Denver Naqqets” – 130:120
"Qolden Steyt Uorriors" - “Portland Treil Blazers” – 119:104
"Toronto Raptors” - "Vaşinqton Vizards" – 132:123
“Atlanta Huks” - “Filadelfiya” – 121:103
“Çikaqo Bullz” - “İndiana Peysers” – 97:84
"Hyuston Rokets" - “Orlando Mecik” – 129:133
“San Antonio Spörs” - “Maveriks” – 104:133.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]