NBA-da 63 illik rekord yenilənib
Bakı, 13 mart, AZƏRTAC
ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) 63 illik rekord yenilənib.
AZƏRTAC xəbər verir ki, “Oklahoma Siti Tander” komandasının basketbolçusu Şey Gilces-Aleksander ötən gecə “Boston Seltiks”lə keçirilən qarşılaşmada tarixi nailiyyətə imza atıb.
Kanadalı oyunçu bu görüşdə 20 xal səddini keçməklə ardıcıl 127-ci matçda 20-dən çox xal toplayan ilk basketbolçu olub. Bununla da o, 63 il qüvvədə qalan və ABŞ-nin əfsanəvi basketbolçusu Uilt Çemberlenə məxsus olan 126 oyunluq göstəricini yeniləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]