Neft Fondu birinci rübdə neft-qaz sazişlərindən 1,8 milyard manat gəlir əldə edib
Bakı, 23 aprel, AZƏRTAC
Cari ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 milyard 803,1 milyon manat olub.
Fonddan AZƏRTAC-a bildirilib ki, birinci rübdə mənfəət neftinin və qazın satışından 1 milyard 802,7 milyon manat gəlir əldə edilib, bonus ödənişləri və tranzit gəlirləri 0,4 milyon manat olub.
Sözügedən dövr ərzində ARDNF-yə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 1 milyard 400,5 milyon manat, “Şahdəniz” yatağından (qaz və kondensat) isə 359,6 milyon manat məbləğində vəsait daxil olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:00]
G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək
- 02.10.2026 [18:29]
Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK
- 02.10.2026 [18:17]
“Bitcoin”in qiyməti 87 min dollara çatır
- 02.10.2026 [17:26]