Neft Fondunun idarə edilməsinə 37 milyon manatdan çox vəsait xərclənəcək
Bakı, 30 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər təsdiqlənib
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı 29 dekabr tarixli “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsi haqqında” Fərmanında deyilir.
Fərmanda qeyd olunub ki, gələn il Fondun idarə edilməsi ilə bağlı xərcləri 37 milyon 101 min manat olacaq.