Neft-Kimya Prosesləri İnstitutunda Heydər Əliyev təqaüdünün qalibi müəyyənləşib
Bakı, 10 fevral, AZƏRTAC
Fevralın 10-da akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. İnstitutun baş direktoru akademik Vaqif Abbasov bu iclasın rəhbəri olduğu elmi müəssisədə 35 yaşa qədər fəlsəfə doktorluğu hazırlığı üzrə doktorant və dissertantlar arasında təsis edilmiş Heydər Əliyev təqaüdünün qalibinin seçilməsinə həsr edildiyini söyləyib. Qeyd edib ki, qalibə bir il ərzində hər ay 300 manat verilməsi nəzərdə tutulub. Müsabiqəyə 7 doktorant və dissertantın sənədləri təqdim olunub.
Elmi şuranın müzakirəsindən sonra ən yüksək elmi, akademik göstəricilərə malik dissertant Fatma Qasımova institut tərəfindən təsis edilən Heydər Əliyev təqaüdünə layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
- 05.06.2026 [17:17]
100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı
- 05.06.2026 [16:14]