Neft və Sənaye Universiteti tələbələrinin 72-ci elmi-texniki konfransı
Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tələbələrin 72-ci Elmi-Texniki Konfransı başlanıb.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi anılıb.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.
Tədbirdə Ulu Öndərə həsr olunmuş videoçarx nümayiş olunub.
Sonra ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısında tarixi xidmətlərindən, zəngin dövlətçilik təcrübəsinin, azərbaycançılıq ideologiyasının əhəmiyyətindən danışıb, dahi rəhbərin siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
V.Əsgərov konfransın səmərəli olacağına əminliyini vurğulayıb.
ADNSU Tələbə Elmi Cəmiyyətləri Şurasının katibi, Neft-kimya texnologiyası və sənaye ekologiyası kafedrasının dosenti Maya Abdullayeva konfransın proqramında 196 məqalə və tezisin yer aldığını deyib.
Konfrans plenar sessiyalarla davam edib.