“Neftçi” – “Zirə” oyununda qalib müəyyənləşməyib
Bakı, 28 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib.
AZƏRTAC xəbər verir ki, turun ilk matçında “Neftçi” klubu “Zirə”ni qəbul edib.
“Bakcell Arena”dakı qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.
Bu nəticədən sonra “Zirə” 19-cu, “Neftçi” isə 18-ci xalını qazanıb.
Qeyd edək ki, turun “Səbail” - “Qarabağ” və “Keşlə” - “Sabah” matçları noyabrın 29-da keçiriləcək. XI tura noyabrın 30-da “Sumqayıt” - “Qəbələ” görüşü ilə yekun vurulacaq.