“NEFTÇİ” BAŞ MƏŞQÇİSİZ QALDI
AZƏRTAC xəbər verir ki, XIV ölkə futbol çempionatının bürünc mükafatçısı “Neftçi”nin baş məşqçisi Ağasəlim Mircavadovun klubla müqaviləsi bitdiyi üçün, komandanı növbəti mövsümə yeni baş məşqçi hazırlaşdıracaqdır.
Klubun mətbuat xidmətindən bildirmişlər ki, hazırda bütün oyunçu və məşqçi heyəti istirahətə yollanmışdır. Klub təlim–məşqlərə iyunun 20-dən sonra toplaşacaqdır.
Qeyd edək ki, Ağasəlim Mircavadovun rəhbərliyi ilə “Neftçi” XIII milli çempionatın və Moskvada MDB ölkələrinin komandaları arasında keçirilən “Birlik kuboku” turnirinin qalibi olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]