“Neftçi” klubu 9-cu dəfə Azərbaycan çempionu olub
Bakı, 19 may, Nicat Məmmədov, AZƏRTAC
Mayın 19-da futbol üzrə Azərbaycan Premyer Liqasının 2020-2021-ci il mövsümünün çempionu bəlli olub.
AZƏRTAC xəbər verir ki, XXVIII turun sonuncu matçında çempion komandanın adına aydınlıq gəlib.
Son turadək 57 xalla lider olan "Qarabağ" ondan bir xal az toplayan "Neftçi"nin qonağı olub. "Dalğa Arena"dakı matç 1:0 hesabı ilə “Neftçi” klubunun qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 90-cı dəqiqədə Əhməd Əhmədov olub.
Bununla da xalını 59-a çatdıran "Neftçi" "Qarabağ"ın ardıcıl 7 mövsümlük çempionluğuna son qoyub və qızıl medallara yiyələnib. Bu, flaqmanın 9-cu çempionluğu olub.
"Neftçi" UEFA Çempionlar Liqasında iştirakı təmin edib. "Qarabağ" isə 2021-2022-ci il mövsümündə UEFA Konfrans Liqasına qatılacaq.
"Ağ-qaralar"a qızıl medalları isə baş məşqçi karyerasında ilk dəfə Samir Abasov qazandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [10:44]
Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı
- 14.10.2026 [10:31]
Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb
- 14.10.2026 [10:22]
“Sabah” FIBA Çempionlar Liqasında “Trabzonspor”la qarşılaşacaq
- 14.10.2026 [10:13]
UEFA reytinqi: Azərbaycan “Sabah”ın qələbəsi sayəsində bir pillə irəliləyib
- 14.10.2026 [09:55]
Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb
- 14.10.2026 [01:15]