“Neftçi”nin futbolçusu Koreya Respublikasının klubuna transfer olunub
Bakı, 31 yanvar, AZƏRTAC
“Neftçi”nin futbolçusu Dario Frederiko komanda ilə Antalyada keçdiyi təlim-məşq toplanışının sonuncu günündə ona meneceri vasitəsilə başqa klubdan sərfəli təklif gəldiyini bildirib.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, daha sonra tərəflər arasında bununla bağlı danışıqlar başlayıb. “Neftçi” klubunun tələb etdiyi təzminat Koreya Respublikasının “Daequ” klubu tərəfindən ödənildikdən sonra braziliyalı futbolçunun keçidinə icazə verilib.
Qeyd edək ki, Dario Frederiko bu mövsüm “Neftçi”nin heyətində 17 oyunda meydana çıxıb və 3 qolla yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]