“Neftçi”nin məşqçisi: Məqsədimiz ilk dövrədəki kimi inamlı və uğurlu çıxışımızın davamını gətirməkdir
Bakı, 30 dekabr, AZƏRTAC
“Məqsədimiz ilk dövrədəki kimi inamlı və uğurlu çıxışımızın davamını gətirməkdir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri futzal üzrə Yüksək Liqada mübarizə aparan “Neftçi” İdman Klubunun (İK) məşqçisi İlkin Hacıyev deyib.
Çalışdırıcı yanvarın 4-dən hazırlıqlara start verəcəklərini bildirib: “Planımız hazırdır. Təbii ki, əvvəlcə fiziki, daha sonra taktiki planda məşqlər keçəcəyik. Hazırda yoldaşlıq oyunları ilə bağlı konkret söz deyə bilməyəcəyəm. Ancaq digər komandalar da yığışdıqdan sonra danışacağıq. Çalışacağıq oyunlar da keçirək. Məqsədimiz ilk yarıdakı kimi inamlı və uğurlu çıxışımızın davamını gətirməkdir”.
Transfer məsələsi ilə bağlı da danışan İ.Hacıyev əlavə edib: “Heyətimizi qorumuşuq. Gücləndirməyə çalışacağıq. Hazırda bir futzalçı ilə danışıq aparırıq. Legionerdir, söhbətimiz alınsa, onunla anlaşacağıq”.
Qeyd edək ki, paytaxt klubu ölkə çempionatının birinci dövrəsində keçirdiyi 10 oyunda topladığı 23 xalla ikinci yerdə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]