“NEFTÇİ”NİN NÖVBƏTİ RƏQİBİ “MOSKVA” KOMANDASI OLACAQ
Bakı, 19 yanvar (AZƏRTAC). “Neftçi” növbəti yoxlama oyununu yanvarın 20-də Rusiyanın “Moskva” klubuna qarşı keçirəcək.
Bu “Neftçi”nin Antalyada təlim-məşq toplanışları çərçivəsində keçirdiyi beşinci yoldaşlıq oyunu olacaqdır.
Klubun mətbuat xidmətindən bildirmişlər ki, “Neftçi”də baxışda olan legionerlərin üçünün taleyinə artıq aydınlıq gəlmişdir. “Sibir”lə oyundan sonra bakılıların baş məşqçisi Hans-Yürgen Gede litvalı Mindauqas Kalonası, rumıniyalı Leonardo Naydini və Makedoniyadan Aleksandr Bayevskini bəyənməyərək geri göndərmişdir.
Baxışda olan iki futbolçu - slovak Mixal Kubala ilə latviyalı Kristaps Qrebis haqda son qərar yaxın vaxtlarda veriləcək. Klubun düşərgəsində sınaqdan keçən daha bir futbolçu Bolqarıstan “Liteks”indən Eduardo dos Santosdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]