Neftin qiyməti 2008-ci ildən bəri ən böyük həftəlik itkisinə yönəlib
Bakı, 13 mart, AZƏRTAC
Xam neftin qiyməti 2008-ci ildəki maliyyə böhranından bu vaxtadək ən böyük həftəlik itkisinə yönəlib.
AZƏRTAC xəbər verir ki, buna səbəb OPEC və “OPEC+” ölkələri arasındakı anlaşılmazlıq, Rusiya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin gələn aydan neft istehsalını artıracaqlarını açıqlamaları, koronavirusun yayılmasının əhatə dairəsinin genişlənməsi, qlobal neft bazarında tələb-təklif şokunun təsirinin artmasıdır. “Qara qızıl”ın qiyməti həftə ərzində təxminən 22 faiz ucuzlaşıb.
Qeyd edək ki, hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 34,70 dollara, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 32,82 dollara alıcı axtarır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]