NEFTİN QİYMƏTLƏRİNDƏ ARTIM TÜRKİYƏDƏ NARAHATLIQ YARADIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dünya bazarlarında xam neftin qiymətlərinin rekord səviyyəyə qalxması Türkiyəni narahat edir. Türkiyəli iqtisadçılar qiymətlərin daha da artacağından və bir barrelin 60 dollara yüksələcəyindən ehtiyat edirlər. Bu halda Türkiyə iqtisadiyyatına 5 milyard dollar məbləğində ziyan dəyəcəkdir. Neftin qıymətlərində hər 5 dollarlıq artım Türkiyənin yanacaq idxalına 1 milyard dollar əlavə məbləğ yükü gətirir. Keçən il Türkiyə bir barrel nefti təxminən 28,9 dollara almışdır. Bu il isə həmin məbləğ orta hesabla 34,4 dollara yüksəlmiş, son iki ay ərzində isə Türkiyə 40 dolları aşmışdır. Hökümət ümumi inflyasiya faizini artırmamaq üçün yanacağın qiymətlərini sabit saxlamaq niyyətindədir. Lakin xam neftin qiymətləri hökümətin bu planını təhlükəyə salır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]