NƏQLİYYAT BÖLMƏSİNDƏ 115,1 MİLYON TON YÜK DAŞINMIŞDIR
Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda nəqliyyatın bütün növləri ilə 115,1 milyon ton yük daşınmışdır. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə proqnozda nəzərdə tutulduğundan dəmir yolu nəqliyyatı ilə 24,6 faiz, avtomobil nəqliyyatı ilə 6,6 faiz, boru kəməri ilə 2,1 faiz, dəniz nəqliyyatı ilə 1,0 faiz çox yük daşınmışdır. Yük dövriyyəsi 13,1 faiz artaraq, 23,6 milyard ton-kilometr təşkil etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [19:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]