NƏQLİYYAT SAHƏSİNDƏ VAHİD HÜQUQİ BAZA YARADILIR
TRASEKA proqramının iştirakçısı olan dövlətlər “Tranzit daşımalar üçün ümumi hüquqi baza”nın işlənilməsi çərçivəsində təkliflər hazırlamağa başlamışlar. Yeni, vahid hüquqi bazanın yaradılması Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin işinə necə təsir edəcəkdir? TRASEKA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Akif Mustafayev AZƏRTAC-ın müxbirinə demişdir ki, bu proqramda 12 dövlət iştirak edir və hər birinin nəqliyyatla bağlı öz qanunvericilik bazası var. Bunların bir-birinə uyğunlaşdırılması daha səmərəli nəticə verər. Nəqliyyat dəhlizində daşımaların həcmi getdikcə çoxalır. Məsələn, 1995-ci illə müqayisədə ötən il təkcə neft məhsullarının daşınması 20 dəfədən çox artmışdır. Ümumiyyətlə, yükdaşımalarda hər il 20 faiz artım müşahidə edilir. Vahid hüquqi bazanın yaradılması yükdaşımaları daha da intensivləşdirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]
Masallının iki kəndinin yolları təmir olunub VİDEO
- 29.09.2026 [17:20]