“NEQSOL Holding” Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat köçürüb
Bakı, 2 oktyabr, AZƏRTAC
Ölkənin ərazi bütövlüyü uğrunda mübarizə şəraitində “NEQSOL Holding” Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olub.
“NEQSOL Holding”dən AZƏRTAC-a bildirilib ki, qurumun tərkibində olan şirkətlər Silahlı Qüvvələrə Yardım Fonduna ümumilikdə 1 milyon manat məbləğində vəsait köçürüb.
Məlumat üçün bildirək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə təsis olunub. Fondun maliyyə mənbəyi respublika ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.
Qeyd edək ki, “NEQSOL Holding”in əsas fəaliyyət istiqamətlərinə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələri aiddir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]